Biz kimik?




HAQQIMIZDA
ÖzünYarat
““Özün Yarat” platforması – Ümumdünya Ətraf Mühit günü üçün Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təsis etdiyi platformadır. Platforma - daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədi daşıyır. “Özün Yarat” platformasının ideyası “Do It Yourself”, yəni “Özün Yarat” konsepsiyasından gəlir. Bu platformada insanlar yenidən istifadə üçün hazırladıqları əşyaları layihə şəklində nümayiş etdirəcəklər. Ən yaxşı layihələr 3000, 2000 və 1000 manat məbləğində mükafatlandırılacaq. Platforma - Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “EU4Climate” layihəsi çərçivəsində istifadəyə verilib. Adıçəkilən layihə Şərq Əməkdaşlığı regionunun 6 ölkəsində iqlim dəyişikliyi ilə bağlı önəmli işlər görməkdədir.

ÖzünYarat üstünlükləri
#ozunyarat
İnstagram üzərindən paylaşımlarınızı #özünyarat haştaqı ilə paylaşın