Close button

Həyata Açılan Yeni Səhifə

@tural-abdulla tərəfindən Kağız
665
12
2
Seçilmiş
Dərc olundu: 08 iyn 2020
Tural Abdulla @tural-abdulla


Salam mən 8-ci sinif şagirdi Tural,  7-ci sinifdə oxuyan bacım Fidanla birgə  ətraf mühitin qorunmasına dəstək olmaq məqsədilə ÖzünYarat platformasına qoşulmaq qərarını verdik. Bu platformanın “Dəyişiklik Evdən Başlayır” adlı kampaniyasını bir neçə cəhətdən çox aktual hesab edirik.  Birincisi ona görə ki, dilimizdə belə bir misal var "əvvəl evin içi, sonra çölü". Belə ki, ətraf mühitin təmizliyi ilk öncə evimizdə adət etdiyimiz bəzi israf hallarının qarşısını almaqdan keçir. Təbii ki, hazırki karantin dövründə evdə qalıb, burada uzun vaxt keçirməyimiz bizə imkan verir ki, gündəlik həyatda köhnə və ya tullantı kimi yaxa qurtardığımız əşyalara başqa yöndən yanaşaq, onlardan səmərəli istifadə yollarını düşünək. Biz hesab edirik ki, bunun üçün mürəkkəb, böyük vaxt və zəhmət tələb edən işlərə baş vurmağa ehtiyac yoxdur. Çox sadə üsullarla qeyd etdiyimiz əşyaları və materialları yenidən istifadəyə yararlı hala gətirib, bununla da, ətraf mühiti bu cür tullantılar ilə çirkləndirməkdən yayına bilərik. Digər tərəfdən bu qəbil yeni məhsulların istehsalı prosesində təbiətə vurulacaq ekoloji ziyanın miqyasını azalda bilərik.


İndi isə keçək əsas məsələyə, biz gündəlik dərs çalışmalarımızda bir çox kağız vərəqlərdən istifadə edirik. Gördüyünüz bu vərəqlər keçən aylar ərzində, müxtəlif fənn müəllimlərimiz tərəfindən bizə verilən sinif və ev tapşırıqlarından ibarət materiallardır. Onların hamısını artıq yerinə yetirmişik. Ancaq fikir versək görərik ki, bu vərəqlər printerdə bir tərəfli qaydada çap olunub, digər tərəfi (səhifəsi) boşdur. Biz hazırda bizə lazım olmayan yığılıb qalmış bu vərəqləri tullamaq əvəzinə onları yenidən yararlı hala gətirəcəyik. Ona görə ki, bizə tez-tez misallar eləmək üçün qaralama vərəqlər lazım olur. Fidan rəsm çəkməyi çox xoşladığı üçün gündəlik xeyli vərəqə ehtiyac duyur. Təzə dəftərlər almaq əvəzinə, əl altında olan bu vərəqlərin ağ səhifələrindən, dəftər, albom, işarələyici və qeyd kağızları hazırlamaq mümkündür. Bunun üçün bizə lazım olacaq: həmin kağızların özü, sap və ya ip, bir dənə iynə və qayçı. Diqqətinizə çatdırım ki, bu məhsulun hazırlanmasında istifadə edəcəyimiz digər mallar və alətlər də istifadəyə yararsız əşyalardandır. Məsələn bu kəndirlər, evin təmiri zamanı səviyyənin müəyyən edilməsi üçün istifadə edilib, sonra tullanmış iplərdir. Onları ayırıb, yenidən yararlanacağıq. Elə qayçımiz də sınıqdır, onu əvvəlcə “həyata qaytarıb” sonra istifadə edəcəyik. Nə isə başladıq:


1)    Dəstəyi qırıq qayçinin, sınan hissəsinə hər hansı bir plastik qırıntısı qoyub, oranı yanmış məftillə bərk sarıyırıq.


2)    Vərəqləri tərtibləyirik. Əgər onların üzərində dəmir sancaq varsa, onu açıb, çıxarırıq.


3)    Plastik ipləri ayırıb, onları iynənin gözündən keçməsi üçün nazik hissələrə bölürük.


4)    Alınan sapı iynəyə keçirib, vərəqləri təyinatı üzrə, lazımi küncdən tikirik.


5)    Digər vərəqləri də təyinatına uyğun olaraq, kəsirik.


Bu layihənin əsas özəlliyi, orada istifadə olunan materiallarının geniş yayğın olması, əlçatan alətlərin köməyi ilə, asan şəkildə ərsəyə gətirilməsidir. Bu gün qeyd edilən vərəqlərin müxtəlif təhsil müəssisələri və ofislərdə geniş istifadə edildiyini nəzərə alsaq,  bu təcrübənin yayılması, xeyli kağıza qənaət etmiş olar.



 

Addım 1: Vərəqləri tərtibləyirik


Əgər onların üzərində dəmir sancaq varsa, onu açıb, çıxarırıq. 

Addım 2: Plastik ipləri ayırırıq


Plastik ipləri ayırıb, onları iynənin gözündən keçməsi üçün nazik hissələrə bölürük. 

Addım 3: Vərəqləri təyinatı üzrə lazımi küncdən tikirik


Alınan sapı iynəyə keçirib, vərəqləri təyinatı üzrə, lazımi küncdən tikirik

Addım 4: Digər vərəqləri də təyinatına uyğun olaraq kəsirik


Digər vərəqləri də təyinatına uyğun olaraq, kəsirik.

2 Müzakirə

4 ay əvvəl

Sadə və asan-faydalı və qənaətli...

4 ay əvvəl

Kütləvi istifadə üçün əla ideyadır. Afərin uşaqlar!

Təklif olunan layihələr