Close button

Dron 'MADEINAZERBAIJAN'

2138
55
8
Seçilmiş
Dərc olundu: 13 iyl 2020
SUMbuilders TEAM @sumbuilders-team-2


Bizim "SUMbuilders" komandamız artıq 2 ilə yaxındır ki, robotexnika və mühəndislik sahələrində bilik və təcrübələrə malikdir. Komandamız 8-16 yaşlı şagirdlərdən təşkil olunub. Fəaliyyət göstərdiyimiz dövrdə bir sıra yerli və beynəlxalq olimpiadalarda, layihələrdə aktiv iştirak edərək nəaliyyətlər əldə etmişik. Ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirik. Komanda yoldaşlarımız Eldar və Saleh Azərbaycanda ilk dəfə keçirilən Dron Olimpiadasında çempion olmuşdular. Olimpiadadan sonra onların dronları işlək vəziyyətdə olmamış və kənarda qalmışdır. Bu layihədən ilhamlanaraq onlar milli brend "İ am a Pilot" dronlarını yenidən emal edərək ev şəraitində işlək vəziyyətə gətirdilər. Bu layihə ilə ətraf mühit həm köhnə elektronik tullantılardan, həm də plastik tullantılardan müəyyən qədər mühafizə olunmuş olur.

Addım 1: Lazım olan ləvazimat və avadanlıqların toplanması və onların ilkin emalı


Bizə əsas lazım olan avadanlıqlar köhnə dronun platası, onun işlək motorları, onun propellerləri (pərvanələri), dron üçün 3.7 V lipo batareyası (köhnə dronumuzun batareyası işlək idi, onu istifadə etdik), lehim aləti, silikon tapança; ləvazimatlar isə istifadəyə yararsız plastik qab, qayçı, xətkeş, karandaş, aboy bıçağı.


İlkin olaraq plastik qabdan dron formasını kəsim etməyimiz üçün onu müəyyən formada kəsdik.

Addım 2: Plastik qabdan dronun gövdəsinin kəsimi


İlk öncə plastik qab üzərinə yapışdırdığımız kağız üzərində düzəldəcəyimizi dronun sxemini çəkdi. Çəkərkən xüsusən motor yerlərinə diqqət edirik. Sonda plastikdən dronumuzun gözdəsinin formasını alırıq.

Addım 3: Gövdəyə dronun motorlarının və platasının yerləşdirilməsi

Plastikdən kəsdiyimiz gövdəyə dronun motorlarını və platasını silikon tapança ilə yerləşdiririk. Daha sonra motorların fırlanan hissəsinə propellerlərini yerləşdiririk. Propellerlər diaqonal formada yerləşir. Yəni dronun havada uçuşu müəyyən fizika qanunlarına əsaslanır ki, bunu da biz əsas propellerlərin yerləşdirilməsində nəzərə alırıq. Diaqonal xətt üzrə yerləşdirilmiş propellerlər eyni istiqamətdə (saat əqrəbi istiqaməti və ya əksi) dönməlidir.

Addım 4: Batareya yuvasının birləşdirilməsi


Köhnə dronumuzun batareya yuvasını səliqəli şəkildə sökdük və yeni hazırlanan dron gövdəmizə silikon tapança vasitəsilə birləşdirdik. 

Addım 5: Motorların plataya lehimlənməsi


Burada diqqət etməli məqam odur ki, motorlar diaqonal üzrə eyni istiqamətdə dönməlidirlər. Bunun üçün ağ-qara kabelli motorlar bir diaqonal xətdə, qırmızı-mavi kabelli motorlar isə digər diaqonal xətdə yerləşdirilməklə plataya lehimlənir. Lehimləmədən sonra batareyanı qoşub motorları düzgün yerə lehimlədiyimizi yoxlayırıq. Yəni motorların dönmə istiqamətləri düzgündürmü onu dəqiqləşdiririk. 

Addım 6: Dronun dayaqlarının kəsilməsi və birləşdirilməsi


Artıq qalan plastik qalıqlarından drona uyğun dayaqlar kəsdik. O cümlədən platanın üzərini örtmək üçün köhnə karton parçalarından kəsimlər edib birləşdirdik. Dronumuzun üzərinə komanda adımızı və AREA yazısını yazdıq, hansı ki, biz burada robotexnika və mühəndislik tədrisi alırıq və akademiyanın aktiv üzvüyük. 

Addım 7: Dronumuz uçuşa hazırdır


Batareyanı şarja qoyuruq 25-30 dəqiqə, daha sonra dronu batareyaya qoşuruq və pultuçuz vasitəsilə uçuş aparırq. Bu dronla fasiləsiz 5 dəqiqə uçuş apara bilərsiniz.

8 Müzakirə

2 il əvvəl

Cox maraqlidir

2 il əvvəl

Uğurlar!

2 il əvvəl

İn sa Allah layiq olduğun birinciliyi qazanarsan Saleh.Ellerine beyninə sağlıq

2 il əvvəl

İn sa Allah layiq olduğun birinciliyi qazanarsan Saleh.Ellerine beyninə sağlıq

2 il əvvəl

Superr👍👍

2 il əvvəl

Aferin 👍👍👍👍👍

2 il əvvəl

good job

2 il əvvəl

Great job!

Təklif olunan layihələr