
Addım 1: Ləvazimatların hazırlanması
İlk öncə evdə istifadəsiz olan hər hansı bir banka, tikinti materialları mağazasından gil, plastmas butulka qapağının ağız hissəsinin kəsilmiş forması və elektron şam götürürk, həmçinin şam ağacının qozası.
Bankanın üstünü gil təbəqəsi ilə örtüb qapağını deşirik.



Addım 2: Evin damının və işıq sisteminin hazırlanması
Daha sonra butulkanın ağzını qapağın ağzına bərkidərək içinə elektron şamı yerləşdiririk. Əlavə olaraq damın daha gözəl dizaynda olması üçün qoza qabıqlarını hissələrə ayıraraq dama kleylə yapışdırırıq.




Addım 3: Rəngləmə prosesi
Daha sonra dama yapışdırılmış qozaları sarı rəng, evin özünü isə açıq bənövşəyi rəngə boyayırıq.



Addım 4: Dizaynın təkmilləşdirilməsi

Növbəti mərhələdə bərkiyən gildən xüsusi naxışlar və fiqurları evin fasad dizaynına əlavə edirik. Pəncərə hissəsi kəsildiyi üçün elektron şamıç işığı gecə vaxtı gözəl görüntü yaradacaq.
Evimizin video görüntüsünə aşağıdakı videoda baxa bilərsiniz. Ümidvaram əl işim sizlərin xoşuna gəldi. Daha gözəl təbiət üçüç birlikdə çalışaq :)








2 Müzakirə
bu cox yaxsi layihedir bomba
Layihə həqiqətən də gözəl və şirin olub uğurlar!