Close button

Telefon üçün Proyektor

@shmshdrv tərəfindən Digər
247
14
1
Dərc olundu: 28 iyn 2020
Şümşad Rzayev @shmshdrv


Bu proyektorla evdə, kino teatrdaki kimi daha böyük ekranda filmlərə baxa biləcəksiniz. 

Addım 1: Addım 1


Lazım olanlar: karton, qayçı, güzgü, böyüdücü şüşə, kley, rezak, qara boya, plastik çöp, çöp şişlər və üzərində qat izləri olan kağız.

Addım 2: Addım 2


Kartondan güzgümüzün və telefonumuzun ölçüsünə uyğun ölçüdə qutu forması kəsirik. Güzgü, düzəldəcəyimiz qutunun içində 45 dərəcədə oturmalıdır. Daha sonra kartonda böyüdücü şüşənin ölçüsündə yer kəsib çıxarırıq. Sonra qutunun yanları üçün 2 ədəd karton kəsirik və qutunu birləşdiririk. 

Addım 3: Addım 3

Qutunu yapışdırdıqdan sonra içini mütləq qaraya boyamaq lazımdır. Üstünü isə istədiyiniz kimi boyaya və ya kağızla örtə bilərsiniz.

Addım 4: Addım 4

Qutunun ölçüsündə 4 ədəd plastik çöp parçası kəsirik. Qutunun içində künclərə yapışdırırıq. Daha sonra qutunun altından 4 ədəd çöp şiş keçiririk. Çöp şişlərin uzunluğu nə qədər çox olsa o qədər yaxşıdır. Plastik çöplər, çöp şişlərin əyilməməyinə kömək olacaq. Güzgünü və böyüdücü şüşəni şəkildəki kimi yerləşdirirk. Güzgünün düzgün şəkildə oturduğunu çöplərin əks olunması ilə anlaya bilərsiniz. 45 dərəcədə olduğundan əmin olun.

Addım 5: Addım 5


Kağızları üstündə olan izlərə uyğun qatlayırıq. Yanlardan 4, künclərdən isə 8 ədəd olmalıdır. Qatladıqdan sonraysa daha uzun olmağı üçün 2 ədəd hissəni bir birinə yapışdırırıq.

Addım 6: Addım 6


Kağız hissələri yapışdırırıq. Yapışdırdıqdan sonra qaraya boyayırıq. Boya çox sulu olmamalıdır yoxsa kağız əzilər. Ən yaxşısı sprey boya ilə boyamaqdır.

Addım 7: Addım 7


Üst hissəni düzəldirik. Bura telefonu qoyduğumuz yer olacaq, ona görə telefonun ekranı ölçüsündə kəsib ortasını çıxarırıq. Bu hissəni də qaraya boyayıb çöp şişlərin üstünə yapışdırıq. Qara ən az işıq əks etdirən rəng olduğu üçün hərşeyi qaraya boyamaq lazımdır.

Addım 8: Addım 8


Qara kağızı çubuqların ətrafına örtüb qutuya və yuxarı hissəyə yapışdırırıq. Çox yaxşı örtülməlidir və qətiyyən içəri işıq girməməlidir. Telefonu tam parlaqlıqda, istədyiniz filmi açıb proyektorun üstünə qoyursunuz. Təsvirin keyfiyyəti, proyektoru divara hansı uzağlıqda qoyduğunuzdan da aslıdır. Kağız akkordeon kimi olduğu üçün, qutunu çubuğun üstünə istədiyiniz kimi yuxarı-aşağı edib əks olunan təsviri tənzimləyə bilərsiniz. 

1 Müzakirə

3 ay əvvəl

Adventure time, C'mon, grab your friends, We'll go to very distant lands,

Təklif olunan layihələr