
İstifadə olunmayan kartonlardan, karton qutulardan kitab rəfi üçün "book nook" yaradılması:
Hazırlayaraq həm kitab rəfinizi gözəlləşdirə, həm də tullantılarınızı azalda, sərfəli şəkildə istifadə edə bilərsiniz.
Addım 1: Book nook-un əsas qutusunun hazırlanması
Öncəliklə, əsas qutunu hazırlamaq üçün kartonu seçirik( möhkəm olması arzuolunandır). Sonrasında, kartonu kitab rəfimizin ölçülərinə uyğun kəsirik

Addım 2: Kiçik ev divarlarının hazırlanması
Karton qutuları (çay və s. qutusu istifadə edə bilərsiniz) kəsirik, istədiyimiz formaya salaraq kiçik pəncərələr, qapılar düzəldirik.

Addım 3: Kiçik ev divarlarının hazırlanması və yerləşdirilməsi
Hazırladığımız divarların bir hissəsini əsas qutumuzun üzərinə yerləşdiririk.

Addım 4: Əlavələr edilməsi
Xırda detallar əlavə edərək son vəziyyətə gətiririk. İstədiyiniz şəkildə detallar əlavə edə bilərsiniz


Addım 5: İşığın yerləşdirilməsi
Kiçik küçə forması yaratmışıq və işıqları da əlavə etməyimiz, bütöv görünməsi üçün önəmlidir. (Bu tip kiçik işıqları istifadə edilə bilməyən alışqanlardan götürə bilərsiniz.) Qutumuzun tavanında, ya da kənarlarında deşiklər açaraq, işığı yerləşdirə bilərsiniz

Addım 6: Son görünüş
Kitabların arasında yerləşdirərək, rəfinizi daha maraqlı hala gətirə bilərsiniz.

0 Müzakirə