Close button

Plastik Butulkadan Hazırlanmış Güldan

@sebine-rzazade tərəfindən Plastik
320
10
18
Dərc olundu: 28 iyn 2020
Səbinə Rzazadə @sebine-rzazade


Təbiətin bizə bəxş etdiyi nemətlərin cavabında biz insanlar ona tullantılar "bəxş edirik". Həm də elə tullantılar ki, çürüyüb torpaqda həll olması üçün on illər, hətta yüz illər, əsrlər lazım gəlir. Lakin bu cür materialların, xüsusilə plastik məmulatların yenidən emalı planetimizə göstərdiyimiz qayğının nümunəsi ola bilər. Lazımsız, tullantı materiallardan hazırladığımız əşyaları təqdim etdiyimiz "Özün Yarat" layihəsi bu səpkidə möhtəşəm proyektdir!


 Butulkadan hazırladığım güldanın hazırlanma ardıcıllığını sizinlə paylaşıram.


Addım 1: Lazım olan ləvazimatları bir yerə toplayırıq


Lazım olan ləvazimatlar:


2 butulka;


Boya (mən mavi rəngi seçmişəm.);


Naxış üçün parıltılı boya;


Marker;


Silikon yapışqan;


Fırça;


Qayçı.

Addım 2: Kəsmə xətləri markerlə nişanlanır


Kəsmə xətləri qırıq-qırıq xətlərlə göstərilir.

Addım 3: Xətlərin üzərində butulka kəsilir


Şəkildə gördüyünüz hissələr alınır. 2-ci şəkildə güldanın başlığı üçün, siz müxtəlif formada kəsmələr yerinə yetirə bilərsiniz.

Addım 4: Hissələr bir-birinə yapışdırılır


Silikon yapışqan vasitəsilə parçalar müvafiq şəkildə birləşdirilir.

Addım 5: Güldan boyanılır


Güldanın iç bölgəsini də boyaya bilərsiniz. Bu, rəngin daha canlı görünməsi üçün sizə məsləhətimdir.

Addım 6: Naxışlar çəkilir


İstədiyiniz naxışı çəkərək daha gözəl görüntü əldə edə bilərsiniz. 

Addım 7: Güldanımız hazırdır


Olduqca gözəl güldan hazırlamış olduq. Ümidvaram ki, bəyəndiniz.

18 Müzakirə

3 ay əvvəl

🖒👍👍👍👌

3 ay əvvəl

👍🖒👍🖒👍

3 ay əvvəl

Super

3 ay əvvəl

🖒🖒🖒🖒

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

☺✌🖐👌👍

3 ay əvvəl

👍👍👍

3 ay əvvəl

👍👍👍

3 ay əvvəl

Ela. Ugurlar.! 🥰👍

3 ay əvvəl

Çox gözəldir!

3 ay əvvəl

Bohem qabları xatırlatdı mənə.

3 ay əvvəl

Çox gözəl görünür. Dekorativ cəhətdən xüsusilə gözəldir.

Təklif olunan layihələr