Close button

Köhnə çərçivədən Dekorativ əşya

@seadet-efendiyeva tərəfindən Taxta
284
0
0
Seçilmiş
Dərc olundu: 30 iyn 2020
Səadət Əfəndiyeva @seadet-efendiyeva


Köhnə çərçivəni ilk öncə rəngləyib, daha sonra isə dekorativ lenti silikon yapisqanla kənarlarına yapışdırırıq. Və daha sonra isə incə kəndiri paralel şəkildə çərçivəyə yapışdırırıq. Bu kəndirləri istənilən aralıqda yapışdırmaq mümkündür, bundan əlavə olaraq tordan da istifadə etmək olar, mən şəkilləri asmaq üçün kəndirdən istifadə etmişəm. Bu çərçivədən aksesuarlar üçün də istifadə etmək mümkündür. Hər kəsin zövqünə uyğun. 

Addım 1: Çərçivənin rənglənib lentlə bəzədilməsi


İlk öncə çərçivəni götürürük və onu qızılı sprey rənglə rəngləyirik. Quruduqdan sonra silikon yapisqanla dekorativ lenti kənarlarına yapışdırırıq.

Addım 2: Son bəzək


Son olaraq çərçivəyə paralel şəkildə kəndirləri yapışdırıb, və kəpənəklərlə bəzəyirik.

0 Müzakirə

Təklif olunan layihələr