
İstifadə olunmuş meyvə şirəsi şüşəsindən dekorativ güldan və ya sadəcə dekor əşyası kimi istifadə oluna bilər.
Şüşəni əvvəlcə yuxarı hissəsini sprey rənglə rəngləyib, sonra orta nahiyəsindən qızılı çanta zəncirini silikon kley vasitəsilə yapışdırıb, aşağı hissəsini isə incə kəndir vasitəsilə bəzədilib. Əlavə olaraq boğaz hissəsində silikon yapisqanla müəyyən naxışlar edib, onu sprey rənglə rəngləyib, və aşağı nahiyəsində isə balıq qulaqları ilə bəzək vermişəm.
Addım 1: 1ci addim
İlk olaraq hər hansı istifadə olunmuş şüşə götürürük.

Addım 2: Şüşənin yuxarı hissəsi
Qızılı rəngli sprey ilə şüşənin boğaz hissəsini rənglədim


Addım 3: Şüşənin zəncirlə bəzədilməsi
Şüşənin orta nahiyəsinə silikon yapışqan köməyi ilə köhnə çanta zəncirini yapışdırırıq

Addım 4: İncə kəndirlə bəzədilməsi
Şüşənin aşağı nahiyəsini silikon yapışqan köməyi ilə incə kəndirlə bəzəyirik

Addım 5: Şüşənin boğaz nahiyəsi
Şüşənin boğaz nahiyəsini silikon yapisqanla naxışlayıb və qəhvəyi spreylə rəngləyirik

Addım 6: Son bəzək
Ən sonda isə balıq qulaqları ilə şüşəni bəzəyirik.

0 Müzakirə