Close button

Köhnə Cinsə Yeni Həyatlar

@sarvi tərəfindən Parça
655
0
0
Seçilmiş
Dərc olundu: 30 iyn 2020
Sərvi Əmirli @sarvi

Geyinmək üçün heç yerə bağışlaya bilməyəcək vəziyyətdə olan köhnə cins şalvarlarıın beşini istifadə etməklə kiçik ölçülü palaz düzəltdim, əlavə olaraq bir ədəd köhnə pijama köynəyi və çanta toxumaq üçün istifadə etdiyim ipdən çox az miqdarda sona qalan hissəsindən istifadə etdim, daha sonra artıq qalan kəsilmiş cins parçalarından dibçəyə hörüklu paltar düzəltdim, ciblərindən isə kortondan da istifadə edərək çəkələk tikdim. 

Addım 1: İstifadə olunan ləvazımatları toplamaq və lazımlı vəziyyətə gətirmək

Cinsləri və köynəyi kəsdim, cins kəsiklərini sap ilə tikdim, parçanı isə hər birinin ucundan deşərək bir birinə asanlıqla birləşdirdim. Toxuma dəzgahı əvvəlcədən hazır idi, düzəlişi sadədir, 4 ədəd istədiyiniz ölçüdə taxtaları kdüzbucaqlı şəkildə bir-birinə yapışdırıb, iki başından mismarları düzdüm. 2 ədəd köhnə pencərə qalıqlarını isə yanlara yapıçdırdım ki, parçalar toxuduqca əyilməsin və düz qalsın.

Addım 2: Dəzgahın üstündə işə başlayırıq


Parça ipi mismarlara keçirdərək şaquli şəkildə sıra ilə düzdüm, cins parçanı isə üfüqi istiqamətdə şahmatvari iplərin arasından keçirdərək sıra ilə axıra qədər düzdüm və tamamladıqdan sonra dəzgahdan çıxartdım, açıq qalmış iöləri bir-birinə bərkitdim və palaz hazırdır.

Addım 3: Palazdan artıq qalan cins kəsiklərinə keçirik


Hörük şəklində hörüb pistolet kley ilə dibçəyə bərkitdim və çox qisa bir vaxtda dibçəyin yeni görünüşü hazırdır.

Addım 4: Çəkələyin hazırlanması


Hazırlanması üçün korton, cins şalvarın cibləri, qayçı, iynə, sap və bir qədər cins parça kifayətdir, kortonu ayaq ölçümə uyğun şəkildə kəsdim, cins parçanı bu ölçüyə uyğunlaşdırdım və kortonun üzərinə tikdim, daha sonra cibləri ayaq ucuna uyğun şəkildə bir qədər kəsərək kortonun üzərinə tikdim.

Addım 5: Rənglərin ahəngindən zövq al


l:)

0 Müzakirə

Təklif olunan layihələr