Close button

Çox Funksiyalı Qələm Qabı

@sahmar99 tərəfindən Taxta
1351
21
16
Seçilmiş
Dərc olundu: 30 iyn 2020
Şahmar Vəlizadə @sahmar99


Hər birimizin dərs və ya iş masasında gərgin saatlardan sonra çox böyük qarışıqlıq müşahidə olunur. bunun qarşısını almaq, səliqəli masa əldə etmək üçün qələm qabı mütləqdir. Texnalogiyanın inkişafı ilə həyatımızın ayrılmaz parçası olan mobil telefonlarımız və qulaqcıqlarımız üçündə masada xüsusi yer ayrılması mütləqdir.  Bu layihədə tullantı materialları olan karton və taxtadan çox funksiyalı qələm qabı hazırladım.

Addım 1: Taxta işləri


İlk addımda istifadə olunmuş taxtaları yenidən həyəta qaytarmaq prosesini gerçəkləşdirdim. Bunun üçün seçdiyim taxtaları mənə lazım olan ölçülərdə kəsdim. Daha sonra xüsusi alətlər vasitəsi ilə telefonu saxlamalı olan taxta üzərində deşiklər açdım. Taxtanın səthi nisbətən təmizləndikdən sonra növbəti mərhələyə keçdim.

Addım 2: Karton işi


Bu mərhələdə qələm və digər əşyaların saxlanılması üçün hazırlanmalı olan hissələrə uyğun olaraq karton kəsimləri başlanıldı. Daha sonra isə daha yaxşı görünüş əldə etmək üçün vinildən istifadə etdim.

Addım 3: Tamamlama işləri


Bu mərhələdə bəzək və möhkəmləndirmə işlərini reallaşdırdım. İstifadə edilmiş taxta çöpləri kənar hissələrə yerləşdirərək daha ahəngli görünüş əldə etdim.  və ən sonda qulaqcıq tutucunu hazırlayaraq layihəni tamamladım.

Addım 4: Son hal


Qələm qabının son halı

16 Müzakirə

2 il əvvəl

Great

2 il əvvəl

ejdahasan Shahmar bey!

2 il əvvəl

Excellent ❤️

2 il əvvəl

Həm əlverişli, həm də səliqəlidir👌🏾

2 il əvvəl

Əladır , stol üstünü çox səliqəli göstərir :)

2 il əvvəl

Çox gözəl.

2 il əvvəl

Qəşəngdi,uğurların bol olsun

2 il əvvəl

Əladı, Şahmar!👏🏻

2 il əvvəl

Asan,praktik və gözəl, Davamlı olsun uğurların,əziz Şahmar!

2 il əvvəl

Asan,praktik və gözəl, Davamlı olsun uğurların,əziz Şahmar!

2 il əvvəl

Almaq istəyirəm

2 il əvvəl

Əla alınıb, uğurlar Şahmar!

2 il əvvəl

Ardı gəlsin❤

2 il əvvəl

Əla alınıb. Daha böyük layihələr gələcəyinə inanıram

2 il əvvəl

qəşəng alınıb

2 il əvvəl

Əla . Çox bəyəndim

Təklif olunan layihələr