Close button

Oyuncaq Ev

@rashid tərəfindən Kağız
606
10
5
Seçilmiş
Dərc olundu: 07 iyn 2020
Rashid Heydar-zade @rashid

Evdə olan bütün köhnə və lazımsız əşyalardan və bəzi əlavə materiallardan oyuncaq ev hazırlamaq olar.

Addım 1: Lazımi materialları toplayın və hazırlayın


Ən birincisi bizə böyük boş karton yeşiklər lazımdır. Əlavə olaraq müxtəlif ölçülü balaca yeşiklər və karton qablar (sok, süd qabları və s.), müxtəlif ölçülü plastik qablar, karton, rəngli kağız, adi ağ kağız, qayçı, yapışqan, skotç, rəngli karandaşlar və flomasterlər, plastilin, parçalar, salfetlər, bıçaq, silikon yapışqan və müxtəlif digər əlavə əşyalar da işə yarayacaq.


İlk öncə böyük karton yeşikləri bir-birinə silikon yapışdırıcı ilə yapışdırın. Onlar oyuncaq evin otaqları olacaq. 

Addım 2: Kiçik detalları hazırlayın


Kiçik şirə və ya süd karton qablarının üzərinə kağız yapışdırıb, rəngləyin və ya şəkil çəkin - bu soyuducu, şkaf, paltaryuyan maşın, televizor və s. ola bilər. Plastik qapaq, rəngli məftil, və rəngli şarlardan lampa düzəltmək olar. Plastik qapaq və rəngli məftili yapışdırıb, güzgü kimi istifadə etmək olar.  Plastik qapaq üzərində flomaster ilə saat çəkmək olar. Divarlardan asmaq üçün müxtəlif kiçik ölçülü şəkillər çəkmək olar. Plastilindən meyvələr düzəltib, onları plastik qabdan düzəldilmiş meyvə qabında yerləşdirmək olar. Salfet və plastik qabları yapışdırıb masa hazırlamaq olar. Vanna otağının interyerini karton yumurta qabları, tualet kağızlarının istifadəsindən qalan kartonlar və digər materiallardan hazırlamaq olar. 

Addım 3: Detalları otaqlara yerləşdirin


Hazırladığınız bütün detalları otaqlara yığın. Əlavə olaraq, evdə olan oyuncaq əşyaları da ora yerləşdirə bilərsiniz. Məsələn, balaca sandıqça, oyuncaq yataq, kiçik güldan, və s. Və beləliklə oyuncaq ev hazırdır.

5 Müzakirə

4 ay əvvəl

https://m.youtube.com/watch?v=ya4vM9vVvAk#menu Bu oyuncaq ev haqqinda YouTube sehifesine link

4 ay əvvəl

👍🏻

4 ay əvvəl

Gələcəyin memarı ! Olduqca kreativ 👌

4 ay əvvəl

Möhtəşəm!!!

4 ay əvvəl

Əla!

Təklif olunan layihələr