Close button

Mavi Kəpənəklər

@qenire-rzazade tərəfindən Plastik
314
12
26
Dərc olundu: 27 iyn 2020
Qənirə Rzazadə @qenire-rzazade


Son illər ərzində Yer kürəsinin tamam fərqli bir məkana çevrildiyinin şahidi oluruq. Qlobal istiləşmələr, meşə yanğınları, havanın kirlənməsi, suların çirklənməsi nəticəsində yüzlərlə canlının həyatını itirməsi və s. Bütün bunlar insan fəaliyyətinin acı nəticələridir. Antropoloji təsirlər ekoloji zəncirə inanılmaz ziyan vurur.  İnsan təbiətin bir parçasıdır, lakin təbiətin düşməninə çevrilməkdədir. Bütün dünyanı ağuşuna alan pandemiya dövründə ətraf mühitin necə təmizləndiyini hamımız müşahidə etdik. Lakin müasir həyatımızı sənaye müəssisələri, elmi tərəqqi üçün aparılan sınaqlar olmadan düşünmək qeyri-mümkündür. Beləliklə, bizə başqa alternativ üsullar axtarmaq qalır. Düşünürəm ki, təbiətə azacıq da olsa, fayda verə bilmək hər bir insana xoşdur. 


 Sizə plastik tullantılardan və polietelin torbalardan hazırladığım əl işini və onun hazırlanma prosesini təqdim edirəm.

Addım 1: Lazım olan ləvazimatları bir yerə toplayırıq


Lazım olan ləvazimatlar:


2 plastik su qabı;


3 polietilen torba;


Bir rəngin müxtəlif çalarlarında bir neçə boya (Mən mavi və yaşılın çalarlarından istifadə etmişəm. Şəkildə sarı rəngli boyanın təsvirini vermişəm bu yaşıl rəngin alınması üçün sizə faydalı ola bilər);


Rəngli karandaşlar;


Qara karandaş;


Qayçı;


Silikon yapışqan;


Marker ;


İynə və sap (Polietilen torbanın rənginə uyğun olaraq ağ rəngdən istifadə etmişəm).

Addım 2: Qızın təsviri çəkilir

Qara karandaşla qızın sifətinin ümumi cizgiləri çəkilir və dəqiqləşdirilir. Ümumiyyətlə qeyd etməliyəm ki, bu layihə sizdən müəyyən dərəcədə rəsm qabiliyyəti tələb edir. 

Addım 3: Çəkilmiş təsvir rənglənilir


Bu zaman rəngli karandaş əvəzinə boyalardan da istifadə edə bilərsiniz. Mən dodaq və gözləri vurğulamaq üçün parıldadıcıdan da istifadə etmişəm. 

Addım 4: Plastik su qabının üzərinə kəpənək şəkli çəkilir


Marker vasitəsilə su qabının üzərində istədiyiniz ölçüdə və formada kəpənək çəkin.

Addım 5: Çəkilən kəpənək qayçı ilə kəsilir


Bu mərhələni bacardıqca səliqəli yerinə yetirməyə çalışmalısınız.

Addım 6: Kəpənək rənglənilir və bəzənilir


Kəpənəyin üzərini istədiyiniz naxışlarla bəzəyə  bilərsiniz. 

Addım 7: Kifayət hesab ediləcək sayda kəpənək hazırlanılır


Hazırladığım kəpənəklər gözlədiyimdən çox-çox gözəl alındı. Şəkildən də gördüyünüz kimi kəpənəklər rəng, forma və ölçü etibarilə bir-birindən fərqlənir.

Addım 8: Polietilen torbadan zolaqlar kəsilir


Bu zaman çalışmaq lazımdır ki, zolaqların eni bərabər olsun. Bu, elə də vacib deyil, lakin estetik cəhətdən standart olması daha yaxşıdır.

Addım 9: Zolağın ortasından qırıq xətlər çəkilir və xəttin üzərindən sapla tikiş aparılır


Bu zaman tikişi də məsafə ilə aparmaq önəmlidir. 

Addım 10: İp dartılır və büzmələr əldə edilir


Kifayət olduğu hesab edildikdə ip çəkilməlidir. Bu zaman siz zərif büzmələrdən ibarət zolağı əlinizdə tutacaqsınız.

Addım 11: Lazım olduğu təqdirdə büzmələrdən yenə hazırlanılır


Bir zolaq kifayət etmədiyi üçün ikinci zolaq da lazım oldu. Daha sonra bu zolaqlar silikon yapışqan vasitəsilə kağıza yapışdırılır. Çiyinləri açıq saxlamaqla daha zərif görüntü əldə etmək olar.

Addım 12: Kəpənəklər şəklə qoyulur və onlara quruluş verilir


Bu mərhələdə kəpənəklərin yerini müəyyənləşdirmək lazımdır. Bu zaman onların rəngi və ölçüsü xüsusilə nəzərə alınmalıdır.

Addım 13: Kəpənəklər silikon yapışqan vasitəsilə yapışdırılır


Beləliklə, əl işimiz artıq hazırdır. Onu deməliyəm ki, nisbətən çox əmək tələb edən bir iş oldu.


Eyni zamanda "Niyə məhz mavi kəpənəklər?" sualını da cavablandırmaq istərdim. Bu heç də estetik baxımdan gözəl olması üçün deyil. Mavi kəpənəklərin nəsli kəsilmək üzrədir. İndi bu rəngdə kəpənəyə rast gəlmək möcüzənin baş verməsinə bənzəyir. Yeni öyrəndiyim məlumata görə mavi kəpənəklər bəşər övladının içindəki heç bir sirrin gizli qalmayacağına və eyni zamanda yad etmək, hörmət bəsləmək kimi mənaları da simvolizə edir. Digər bir mənada isə məhz soyqırım və faciə qurbanlarına bəslənən dərin hörmətin nişanəsi hesab olunur...

26 Müzakirə

3 ay əvvəl

Muhteşem

3 ay əvvəl

Super

3 ay əvvəl

Harika

3 ay əvvəl

Çox gözəl əl işidi. Afərin

3 ay əvvəl

Çox gözəl əl işidi. Afərin

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

✌👌👍

3 ay əvvəl

👍👍👍👍👍

3 ay əvvəl

👍👍👍

3 ay əvvəl

Ellerinize sagliq! 👍🤗

3 ay əvvəl

Ellerinize sagliq! 👍🤗

3 ay əvvəl

Adi tullantılardan bu cür sənət əsəri hazırlamaq həqiqətən heyrətamizdir.

3 ay əvvəl

Əladır! Çox bəyəndim

Təklif olunan layihələr