Close button

Sevimli Donuzcuq

@qabil-rzayev tərəfindən Plastik
295
14
16
Dərc olundu: 28 iyn 2020
Həmzə Rzazadə @qabil-rzayev


Plastik tullantılar planetimizdəki tullantıların əksəriyyətini əhatə edir. Problem isə bundadır ki, plastik materialların torpaqda çürüməsi prosesi əsrlərlə davam edir. Ona görə də plastik butulkadan layihə hazırlamağı daha məqsədəuyğun hesab etdim.


 Maraqlı ideya olduğunu düşündüyüm "Sevimli donuzcuq" proyektinin hazırlanma addımlarını sizlərlə bölüşürəm.

Addım 1: Lazım olan materiallar


Lazım olanlar:


1 butulka


Çəhrayı və qara rəngli boya


8 ədəd butulka qapağı


Silikon yapışqan 


Marker


Sadə karandaş


Kəsici alət


Fırça


Yapışqan lent


Kağız

Addım 2: Kəsilmə xətləri nişan edilir


Marker vasitəsilə butulkanın üzərində kəsilmə xətləri qırıq-qırıq çəkilir. 

Addım 3: Kəsilmə xətlərindən butulka kəsilir


Butulka qırıq-qırıq xətlərin üzərindən qayçı ilə kəsilir. 

Addım 4: Kəsilmiş hissələr birləşdirilir


Yapışqan lent vasitəsilə hissələr bir-birinə birləşdirilir. 

Addım 5: Pul atmaq üçün deşik açılır


Kəsici alət vasitəsilə deçik açılır.

Addım 6: Butulkalar çəhrayıya boyanılır


Butulkanın qapağı da daxil olmaqla bütün səthi çəhrayı rəngə "bürünür"

Addım 7: Qapaqlar da boyanılır


Qapaqlar da eyni qaydada boyanılır.

Addım 8: Qapaqlar bir-birinə yapışdırılır


2 qapaq silikon yapışqan vasitəsilə bir-birinə yapışdırılır. 2 qapaq hündürlüyü donuzun ayaqları üçün, məncə, idealdır.

Addım 9: Qapaqlar gövdəyə yapışdırılır


Ayaqlar gövdəyə alt hissədən, şəkildəki kimi yapışdırılır. Bu zaman da silikon yapışqan köməyimizə çatır.

Addım 10: Donuzun qulaqları çəkilir və rənglənilir


Kağıza qulaq fiquru çəkilir və çəhrayıya boyanılır. Bunu rəngli kağızdan da edə bilərsiniz. Mən çalar fərqi olmaması üçün etdim.

Addım 11: Son addımlar yerinə yetirilir


Qara rəngli boya ilə gözlər və burun çəkilir. Kirpikləri də əlavə etməklə daha şirin donuzcuq əldə edə bilərsiniz. Qulaqların da yapışdırılması ilə iş prosesi başa çatır.

Addım 12: Kiçik detallar həll edilir


Qara rəngli boya ilə gözlər və burun çəkilir. Kirpikləri də əlavə etməklə daha şirin donuzcuq əldə edə bilərsiniz. Qulaqların da yapışdırılması ilə iş prosesi başa çatır.

Addım 13: Və daxılımız hazırdır


Daxılımız hazırdır! Daxılımız bərəkətli olsun, "like" larla dolsun! 

16 Müzakirə

3 ay əvvəl

Sözün əsl mənasında gözəldir🖒👍🖒👍

3 ay əvvəl

Bayıldım👍👍 çokkk güzel bir fikir

3 ay əvvəl

Pembe💕 donuzcuq en sevdiyim reng

3 ay əvvəl

Gözəl

3 ay əvvəl

👍👍👍👍👍

3 ay əvvəl

Çox maraqlıdı. Əla alınıb.

3 ay əvvəl

👌👍👍👍

3 ay əvvəl

👌👍👍👍

3 ay əvvəl

Çox gəşəng

3 ay əvvəl

Çox gəşəng

3 ay əvvəl

😍👌

3 ay əvvəl

👍👍👍

3 ay əvvəl

Ellerinize sagliq🤗

3 ay əvvəl

Əla!

3 ay əvvəl

Nə gözəl!

3 ay əvvəl

Superdir!

Təklif olunan layihələr