
- Salamlar. Bugün sizlərlə bölüşəcəyim layihədə köhnə musiqi kasetlərindən necə gecə lampası düzəldə biləcəyimizi göstərəcəm. Lazım olacaqlar: layihəyə uyğun sayda kaset, silikon tapança, taxta parçası, işıq patronu, skoç, elektrik lampası və elektrik işləri üçün alətlər.
Addım 1: İlk addım
Lazım olacaqlara nəzər salaq

Addım 2: Kasetləri və taxtanı seçirik
Lampanın əsası bu kasetlərdən ibarət olduğu üçün işığı daha rahat ötürə bilənləri seçməyə diqqət edin. Taxtada isə şəkillərdə göstərilən kimi drellə 2 ədəd deşik açmaq lazımdır.



Addım 3: İşıq lampasını quraşdırırıq
Kabelləri, ötürücünü, elektrik düyməsini və patronu xırdavat mağazalarından alıb öncədən birləşdirmək lazım gələcək və ya mənim etdiyim kimi köhnə parçaları birləşdirə bilərsiniz. Elektrik kabelini oyuqdan keçirib müsbət və mənfi uclarını uyğun olaraq birləşdiririk. Daha sonra elektrik lampasını taxıb işlək olub olmadığını yoxlayırıq. Bunu etməmişdən öncə elektrik kabellərini bir-birinə düzgün bağladığınızdan əmin olun. Əyər hər şey qaydasındadırsa işığınız yanacaq. Təhlükəsizliyimiz üçün ən önəmli məqamlardan biri də lampanın istilik yaymamasıdır. Əks halda kasetlər əriyə, hətta yana bilərlər. Bunun üçün lampa alarkən satıcıdan sizə xüsusi istilik yaymayan lampa verməsini xahiş edin.






Addım 4: Kasetlərdən abajurun formasını hazırlayırıq
İlk öncə istədyimiz formaya qərar veririk. Qərar verdikdən sonra silikon tapançamızın isinməsini gözləyirik. Ardı ilə kasetləri silikon kleyin köməyi ilə yapışdırırıq. 3 mərtəbə etdikdən sonra üst hissəsini də kasetlərlə örtürük.







Addım 5: İşığı tənzimləyirik
İşığın çox sərt olmaması üçün onu bişirmə kağızı vasitəsi ilə tənzimləyirik. Bişirmə kağızından abajurunuzun içinin ölçüsünə uyğun hissələr kəsirik və onları abajurun içərisinə yapışdırırıq. Ən sonda abajuru lampanın üzərinə yerləşdiririk.





Addım 6: Lampa hazırdır
Sizi 80-90-lara aparacaq lampamız hazırdır .

1 Müzakirə
Cox bomba alinib