Close button

Qəzetdən Armud Səbət

@nigart tərəfindən Kağız
193
11
0
Dərc olundu: 09 okt 2021
Nigar Hacıyeva @nigart


Səbət, istifadə olunmayan qəzetlərdən hazırlanmışdır. Qəzetləri əvvəlcə uzun formada kəsirik və bükürük, karton üzərində yuxarıdan - aşağı/sağdan - sola olacaq şəkildə yapışdırırıq. Daha sonra içərisinə əşya yerləşdirə biləcək şəkildə forma veririk. Bunun üçün hazırladığımız qəzetlərin içərisinə məftil yerləşdirmək lazımdır ki, istədiyimiz formada dayana bilsin. İstədiyimiz formaya salıb, bitirdikdən sonra rəngləyirik və sonda üzərinə sprey lak sıxaraq islandıqda zərər görməməsini təmin edirik.

Addım 1: Başlamaq üçün bizə nə lazımdır


İlk öncə qəzetləri 3 hissəyə qatlayıb, kəsirik. daha sonra kəsdiyimiz hissələri uzun bir çubuq köməyi ilə halqa şəklində bururuq və ucuna PVA yapışqanı vuraraq yapışdırırıq. Hazırladığımız qəzetləri bir yerə toplayıb, kartona forma verərək kəsirik.

Addım 2: Davam edirik


Forma verərək kəsdiyimiz kartonun üzərinə Qəzetləri yuxarıdan-aşağı olacaq şəkildə yerləşdirib, başlanğıc hissələrini yapışdırırıq. Yetəri qədər qəzeti yapışdırdıqdan sonra digər qəzetləri sağdan-sola olacaq şəkildə düzürük. Artıq qalan hissələrini geriyə qatlayaraq yapışdırırıq. 

Addım 3: Səbət halını necə alır


Səbətimizin içərisinə əşya qoyula biləcək formanı alması üçün öncə hazırlamış olduğumuz qəzetlərin içərisinə məftil yerləşdiririk. Daha sonra istədiyimiz formaya salırıq və həmin formanın üzərini də əvvəlki qaydada yuxarıdan-aşağı, sağdan-sola olacaq şəkildə toxuyaraq formanı bitiririk. Eyni qaydada armudun saplağını və yarpağını da hazırlayırıq.

Addım 4: Son mərhələ


Bitirmiş olduğumuz səbətin bütün hissələrini yapışdırırıq. İstədiyiniz rənglərlə rəngləyib, üzərinə sprey lak sıxırıq. Bu, səbətimiz islanarsa məhv olmamasının qarşısını almaq üçündür. arxada səliqəsiz görünən hissəni bağlamaq üçün səbətimizin formasında parça kəsib üzərinə yapışdırırıq. Səbətimiz hazırdır.

0 Müzakirə

Təklif olunan layihələr