Kiçik Dostlarımız üçün Oyuncaqlar
.jpeg)
Kiçik dostlarımızı sevindirmək üçün hədiyyələrin hazırlanması!
Addım 1: Gərəkli olan ləvazimatlar
Bizə gərəkli olan yeganə ləvazimat köhnə və ya dəyişdirmək istədiyiniz mebeldə, köhnə paltar və ya aksesuarlarınızda olan yumşaq aksesuarlardı. Bizim halımızda bu dəyişdirilməsi üçün kənarlarından yumşaq aksesuarların çıxarıldığı mütəkkələrdi. Mütəkkələrin kənarlarında olan o yumşaq aksesuarlar çıxarıldıqdan sonra bunlardan kiçik dostlarımız üçün, əsasən də pişiklər üçün onların sevə biləcəyi oyuncaqlar düzəltmək qərarına gəldik.


.jpeg)
.jpeg)
.jpeg)

Addım 2: Yumşaq aksesuarların lazımsız iplərdən təmizlənməsi
2-ci addımda yumşaq aksesuarların ipləri təmizlənərək hazırlanır.
.jpeg)
.jpeg)

Addım 3: Yumşaq aksesuarların tikilməsi üçün lazım olan ləvazimatlar
Bu mərhələdə artıq iplərdən təmizlənmiş aksesuarlardan oyuncaqlar hazırlamağa başlayırıq. Gərəkli olan ləvazimatlar sadəcə sap, iynə, qayçı və bu aksesuarlardır.

Addım 4: İlk oyuncaq
İlk olaraq pişiklərin ən çox sevdiyi yumuşaq yumaqlardan düzəldirik. Sapı 2 qat edərək bu aksesuarları yığır, sonra burur və yumaq formasında yığırıq.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Addım 5: İkinci oyuncaq
Növbəti olaraq ikinci oyuncağımızı düzəldirik. 4 qat etdiyimiz sapa bu aksesuarları bir-bir keçirərək hər növbəti tikdiyimizi ilki ilə bərkidirik, bu yolla da proses davam edir. Bitirdikcə bu dairə halına gəlir və sonda ən sonuncusu ilə birincisini bir-birinə tikərək oyuncağı tamamlayırıq. Artıq 2 oyuncağımız da hazırdır! :)
.jpeg)
.jpeg)
.jpeg)


Addım 6: Üçüncü oyuncaq
Üçüncü oyuncaq ideyası olaraq da yenə pişiklərin sevdiyi bir şey düşündük. Sapımızı 4 qat edərək aksesuarlardan 3 ədəd yığaraq onları sonra üçbucaq şəklində tikirik. Biraz məsafə qoyaraq düyün atırıq. Sonra yenə 3 ədədi birlikdə tikərək bu prosesi təkrarlayırıq. Sapımız bitənə kimi üçbucaqlar şəklində tikdiyimiz aksesuarlar və düyünlər ilə davam edirik. Sapı istədiyiniz rəngdə seçə bilərsiniz, dişi pişikləriniz üçün çəhrayı, erkək pişiklər üçün mavi və ya bu öz zövqünüzə uyğun hər hansı bir rəng ola bilər.Sonra oturduğunuz və ya dayandığınız yerdə pişiyinizə uzadaraq onu keyifləndirəcək bir oyuncaq hazır olanacaq. Bununla da onunla maraqlı oyunlar oynaya bilərsiniz. Artıq 3 oyuncağımız da hazırdır.
.jpeg)

.jpeg)

Addım 7: SON
Bu aksesuarlardan istədiyiniz sayda və istədiyiniz növdə oyuncaqlar hazırlaya bilərsiniz. Əsas məqsəd sizə bu tip aksesuarları tullamadan öncə edə biləcəyiniz variantları göstərməkdir. Həmçinin rəngarəng aksesuarlarınız varsa onlardan da hazırlaya bilərsiniz. Burada biz tərəfdən hazırlanmış bir nümunəsini görə bilərsiniz. Artıq 4 fərqli növdə və rəngdə aksesuarlarımız hazırdır! :)Artıq öz pişiyiniz üçün və ya sizdə yoxdursa belə dostlarınıza gedərkən onların evcil heyvanları üçün öz əllərinizlə hədiyyələr hazırlayıb apara bilərsiniz.
.jpeg)
.jpeg)
.jpeg)
1 Müzakirə
Çox maraqli alinib