
Qulaq çöpü qablarını tullamadan əvvəl bir də fikirləşin :) Bu qablardan mənim etdiyim kimi salfet qabı və çərəz (konfet) qabı düzəldib üzərini istədiyiniz kimi boyaya və dekor edə bilərsiniz. Mən mint green rəngə boyayıb terrazzo effekti yaratmağa çalışdım.
Addım 1: Material və alətlər
- 1 ədəd düzbucaq və 1 ədəd yuvarlaq qulaq çöpü qabı
- akril boyalar
- mat lak
- valik
- fırça
- kəsici alət
- kağız tutacaq, jute sapı

Addım 2: Boya
Qutuları bir neçə qat boyayırıq. Kəsici alətlə düzbucaq qutuda salfet üçün, yuvarlaq qutuda tutacaq üçün dəliklər açırıq

Addım 3: Dekor et
Boya quruduqdan sonra üzərində nazik fırça terrazzo effekti yaradırıq. Yuvarlaq qutunun tutacağı üçün kağız qulpdan istifadə edirik, jute sapı kağıza dolayırıq



Addım 4: İstifadə et
Salfet və çərəz (konfet) qabımız istifadəyə hazırdır




0 Müzakirə