Faner Hissəciklərdən Stəkan Altlığı
Dərc olundu: 10 iyl 2020

İstehsalat emalatxanalarında tullantı olan kiçik faner hissələrindən çoxyönlü istifadə etmək olar. Bunlardan stəkan və ya boşqab altlığını ev şəraitində düzəltmək mümkündür.
Addım 1: Material və alətlər
Lazım olan material və alətlər:
- Müxtəlif tonlarda faner hissələr
- Kəsici alət və qayçı
- Xətkeş
- Yapışqan lent

Addım 2: Eskiz hazırla
Görmək istədiyimiz təsvir və ya ornamentin eskizini kağız üzərində çəkirik və ya hazır təsvirdən istifadə edirik

Addım 3: Kəs
Təsvirdəki hər hissəni kəsib faner üzərinə qoyuruq və fanerləri həmin hissələrə uyğun kəsirik.

Addım 4: Birləşdir
Yapışdırıcı lentin üzərində puzzle kimi yığırıq, kənarlarını qayçı ilə kəsirik və stəkan altlığı kimi istifadə edirik


0 Müzakirə