Close button

Plastik Dibçək

@nailajafarova tərəfindən Plastik
331
2
5
Dərc olundu: 01 iyl 2020
Naila Jafarova @nailajafarova

Xüsusili də yay aylarıyla əlaqədar olaraq hər yerdə plastik butulkalar görə bilərik və bu tullantıların çox uzun illər torpaqda qaldığı və həll olmadığı(450-500 il) artıq çoxumuza tanışdır.Statistikaya əsasən hər il 500 milyon ton plastik qab istehsal olunur.Bu tullantılar ekoloji tullantı olaraq xoşagəlməz görüntü ilə yanaşı sağlamlığımız və gələcək nəsillər üçün olduqca ziyanlıdır.Bu tullantıları dəyərləndirməyin ən yaxşı üsullarından biri dibçək hazırlamaqdır.

Addım 1: Dibçək qəlibinin hazırlanması

  • Bu birinci addımdır.
  • Su butulkalarının 1l-likdən tutmuş 8l-ə qədər bütün növlərini istifadə edə bilərik.Tək ehtiyacimiz olan qayçı,marker və butulka olacaq bu mərhələ üçün.
  • Addım 2: Kəsim işinin edilməsi

    İkinci addımda bir markerin köməkliyi ilə istədiyimiz formanı plastik qabın üstünə çəkib kəsə bilərik.Adətən mən müxtəlif heyvanlara bənzətməyi daha çox sevirəm.

    Addım 3: Rənglənmə

    Bu addımda müxtəlif boyalar vasitəsilə dibçəyimizi rəngləndirə,eyni zamanda kəndirlərdən istifadə edərək onu evin müxtəlif hissələrindən asma vəziyyətinə gətirə bilərik.

    Addım 4: Nümunələr

    Əlbəttə ki, yuxardakı sadəcə bir nümunə idi və bu nümunə əsasında mən bir neçə dibçək hazırladım.Bunların arasında meyvə-tərəvəz yeşiyi,metal qablar da var idi hansı ki, onlar da bir tullantıdır-xüsusilə də müxtəlif boyaların qabı.Əlavə olaraq sement və gipsdən də dibçəklər hazırlayıram.Bir neçəsinin şəklini əlavə elədim.Sadəcə olaraq geridönüşüm olmadığına görə onun hazırlanma qaydasını paylaşmayacam.Lakin əgər tələb olarsa videosunu yükləyə bilərəm.

    Addım 5: Dibçəkdəki güllərə qulluq


    Bu hissə bonus olaraq bir çox başqa maddələrin dəyərləndirilməsini özündə ehtiva edir.Ev şəraitində təbii gübrə hazırlaya bilərik.Bunun üçün bizə banan qabığı,istifadə edilmiş çay və yumurta qabığı lazımdır.Yumurta qabığında olan kalsium və potasium eyni zamanda banan qabığında olan potasium çiçəklərin daha canlı və sağlam olmalarına kömək edib onları qidalandıracaq.Bunun üçün banan qabıqlarını 15 dəqiqə suda qaynatdıqdan sonra suyunu soyudub torpağa tökə bilərik həmçinin banan qalıqlarını torpağa əlavə edib çürüməyə buraxmaq olar.Yumurta qabığını blenderden keçirib və ya əzib torpağa qatmaq olar.Eyni zamanda çay qurularnı torpaqla qarısdırdıqda bu torpağın daha məsaməli və hava keçirən olmasına kömək edəcək və çiçək nəfəs alacaq.

    Gördüyümüz kimi bu layihə vasitəsilə artıq bir deyil bir neçə maddəni eyni məqsəd üçün dəyərləndirib tullantı olmaqdansa faydalı bir məhsula çevirdik.Əlbəttə ki bu dibçəkləri daha gözəl boyalarla yaradıcı rəngləyib daha gözəgəlimli etmək mümkündür.Sadəcə olaraq mən əldə olan məhsullarla nəsə etməyə çalışdım.Sevgiylə qalın :)

    5 Müzakirə

    3 ay əvvəl

    Çox faydalı idi❣️

    3 ay əvvəl

    Karantini əyləncəli və maraqlı keçirməyin yolu,superdi hamisi

    3 ay əvvəl

    Mükəmməl əl işi

    3 ay əvvəl

    Uğurlar arzulayıram! 🦦🤍

    3 ay əvvəl

    Uğurlar böceyim🌹😘

    Təklif olunan layihələr