Mismardan Xatirəlik Hədiyyəyə
.jpeg)
Yolda tapdığınız paslı mismarı gözəl bir xatirəlik mini qılınca çevirin.
Addım 1: Lazımi avadanlıqları toplayın
- Lazım olan avadanlıqlar:
- 1) Çəkic
- 2) Dəmir kəsən mişar
- 3) Sumbata kağızı
- 4) Dəmir yapışdırıcısı
- 5) Ölçüyə uyğun taxta parçası
- 6) Dairəvi dəmir
- 7) Paslı mismar
- 8) Gözəl pişik
- 9) Təhlükəsizlik avadanlıqları

Addım 2: Pasları təmizləyin
Sumbata kağızından istifadə edərək mismarın paslarını yaxşıca təmizləyin

Addım 3: Lazımsız başlıqdan qurtulun
Dəmir kəsmək üçün istifadə olunan mişar ilə mismarın başını kəsib atın

Addım 4: Dəmiri yastılaşdırın
Bu mərhələdə mismarı çəkic ilə yaxşıca döyün. İşinizi rahatlaşdırmaq üçün tonqal qalayıb mismarı isidə bilərsiniz. Necə deyərlər, dəmiri isti isti döyərlər

Addım 5: İstədiyiniz formaya gətirin
Sumbata kağızından istifadə edərək yastılanmış dəmiri istədiyiniz formaya gətirin, belə ki - formaya salın. İşin asanlaşdırılması üçün sumbata avadanlığından istifadə edə bilərsiniz

Addım 6: Dairəvi metal tapın
Nisbi olaraq uyğun ölçüdə dairəvi şəkildə dəmir tapın, bu metalı istədiyiniz vəziyyətə gətirin
Addım 7: Dairəvi metalı yapışdırın və pişiyə göstərin
Öncəki addımda formaya gətirilən dəmir parçasını xüsusi yapışdırıcı ilə mismara birləşdirin, simmetrik olmasına fikir verin. Son olaraq, pişiyə göstərin, o bəyənsə davam edin.
-thumbnail.jpg)


Addım 8: Taxta parçası tapın
Mismarın tutacağı üçün uyğun taxta parçası tapın

Addım 9: Taxta parçasını deşin
Bu mərhələdə taxta parçasını vertikal olaraq deşmək lazımdır, başqa bir mismardan istifadə etmək olar - çəkiclə vurmaq işinizi rahatlaşdırar


Addım 10: Hamısını birləşdirin
Yapışdırıcıdan istifadə edərək bütün hissələri birləşdirin

Addım 11: Nəticə
Əl işinizlə qürur duyun

-thumbnail.jpg)
-thumbnail.jpg)
0 Müzakirə