Close button

Uşaqlar üçün Oyuncaq Ev

@misi-axmedova tərəfindən Kağız
445
2
0
Seçilmiş
Dərc olundu: 05 iyl 2020
Məsumə Əliyeva @misi-axmedova


İstifadə olunan materiallar - köhnə iri kardon qutu, lazımsız ayaqqabi karopkasi və evde olan istifadəsiz müxtəlif parçalar.

Addım 1: Kardon qutunun kəsilməsi


İstifadəsiz iri kardon qutu götürürük. Daha sonra evin qapısını və pəncərələrini kəsirik. Oyuncaq evin oyun üçün dahada səmərəli və uşaqlar üçün maraqlı olması üçün üst hissənə yol hazırlayaq. Bunun üçün kvadrat kardon və qaracı hazırlamaq üçün ayaqqabı qutusu götürürük. kardonun üstünə yol çəkirik və qaracın qapı hissələrini kəsirik.

Addım 2: Kardon oyuncaq evin icinin və colunun bezedilmesi


Evdə istifadə etmədiyim parçalardan istifadə edərək öncə evin içinin divarlarını daha sonra isə çölünün divarlarını örtürük. Parçalar ilə pəncərələrə forma verdim və daha gözəl görünsün deyə pərdə vurdum. pəncərənin  alt hissəsinə kiçik balkon etmək üçün ayaqqabı qutusunun qapağından istifadə etdim. üstünü parça ilə örtdüm bəzək üçün evdə olan güllərdən istifadə etdim. Məktub qutusunu hazırlamaq üçün kiçik şirniyyat qutusundan istifadə etmişəm və üst hissəsini parça ilə örtmüşəm.

Addım 3: Evin üst hissəsində yolun qurulması


Əvvəldə hazırladığım yolu və qaracı parçadan istifadə edərək bəzədim. daha sonra ağardıcı vasitəsi ilə yol zolaqlarını çəkdim. evdə olan oyuncaq yol hərəkəti aksesuarlarından və maşınlardan istifadə edərək yolumuzu oyun oynamaq üçün daha uyğun etdim.

Addım 4: Oyuncaq evin tam hazır olması


Bəzi aksesuarlar əlavə edərək oyuncaq evi tam hazır vəziyyətə gətirdim.  Onuda qeyd etmək istəyirəmki evi hazırlamaq üçün sadəcə silikon yapışqan  alınıb qalan istifadə olunan materiallar hamisi evdə olan istifadə etmədiyim materiallardı. Oyuncaq evin hazırlanmasına 1 gün sərf olunub. 

0 Müzakirə

Təklif olunan layihələr