Plastik Butulkadan Hazırlanan çantalar

Gündəlik həyatımızda daima istifadə etdiyimiz plastik butulkalardan çantalar hazırlamaqla tullantının miqdarını ən azı iki dəfə azaltmaq və qeyri-adi çantalar ilə ətrafımızdakıların da diqqətini çəkərək onlara da əla ideya vermiş olarıq. İndi isə gəlin görək çanta addım-addım necə hazırlanır.
Ps. Hələ pulunuza nə qədər qənaət etmiş olacağınızı demirem :)
Addım 1: Düzgün butulkaların seçilməsi
Butulkaların alt və üst hissələrini eyni ölçüdə kəsirik. Çanta üçün bizə butulkaların orta hissəsi lazım olacaq.

Addım 2: Orta hissəsini sıxaraq düz hala gətiririk
Kəsdiyimiz butulkaların sayından asılı olaraq müxtəlif ölçüdə çanta hazırlaya bilərik.

Addım 3: Düzbucaqlıların kənarlarının deşilməsi
Əldə etdiyimiz düzbucaqlıların kənarlarını bərabər aralıqda drel və ya isidilmiş biz vasitəsi ilə deşirik. İşimizi asanlaşdırmaq üçün kardondan hazır deşilmiş şablonu qoyaraq deşə bilərik.


Addım 4: Çanta hissələrinin hazırlanması
İkiqatlı düzbucaqlının arasına zövqə görə sintetıik gül və ya yeni ildən qalma plastik qar dənəcəyi dekorunu qoyuruq. Bu addımda seçim tamamilə sizin zövqünüzə görə dəyişə bilər.

Addım 5: Toxuma işləri
Milçə vasitəsi ilə dördbucaqlıların kənarlarını toxuyuruq. Toxuya bilməyənlərin narahat olmasına əsas yoxdu, sadəcə tikərək də birləşdirmək olar.

Addım 6: Çanta formasını vermək
Əldə etdiyimiz hissələri bir-birinə iynə vasitəsi ilə tikərək çanta şəklinə salırıq.


Addım 7: Son detallar
Çantaya zövqümüzə görə köhnə çantalardan qalma qulp, və ya plastik butulkanın özündən kəsilərək düzəldilən qulp, zamok və ya çantanın ağznı bağlamaq üçün istənilən vasitə ilə işimizi tamamlayırıq.

-thumbnail.jpg)
-thumbnail.jpg)
-thumbnail.jpg)
Addım 8: Davamlı və fərqli çantaların son görünüşü
Səyahətlərinizdə, dəniz istirahətinizdə, gündəlik həyatınızda sevərək istifadə edecəyiniz çantalar sizi şübhəsiz həm də təbiət dostuna çevirəcək.





2 Müzakirə
Hazırlanma videosunu qoysaydınız, daha yaxşı olardı.
Hazırlanma videosunu qoysaydınız, daha yaxşı olardı.