
Addım 1: Gərəkli olan ləvazimatlar
Bizə lazım olan ləvazimatlar: İstifadəyə yararsız kətan və pambıq parça hissələri, istifadəyə yararsız müxtəlif ölçülü iplər, qayçı, iynə, rəngli qələmlər.


Addım 2: Seçilmiş parça hissələrinin üzərinə motivlərin çəkilməsi
Seçilmiş parça hissəsinin üzərinə rəngli qələmlərlə müxtəlif motivlər çəkilir. Mən ekoloq olaraq əsasən təbiət motivlərinə üstünlük verirəm.





Addım 3: Rəngli saplarla tikmələr
Bu mərhələdə motivlərin üzərini rəngli iplərlə müxtəlif tikmə növlərindən istifadə edərək tikirik. Mən əsasən saya və sanama tikmə növlərindən istifadə edirəm.





Addım 4: Əlfəcin üçün hörüklərin hazırlanması
Müxtəlif rəngli lazımsız iplərdən əlfəcinimizin motivlərinin rənginə uyğun olaraq hörüklər hazırlayırıq.

Addım 5: Əlfəcinlərin hazırlanmasının son mərhələsi
Hazırladığımız hörüyü əlfəcinin arxa hissəsinə yuxarıdan iynə sap ilə bərkidirik. Və əl əməyi, göz nuru olan rəngarəng əlfəcinlərimiz hazırdır. Beləliklə lazımsız parça və saplarımız bir gözəlliyə çevrilərək sevimli kitablarımızın arasında yaşayacaq. Bu əlfəcinləri satış məqsədi ilə də hazırlaya bilərsiz. Eyni zamanda ölkədən kənarda yaşayan əzizlərinizə, həkim, müəllim, hərbçi, polis, idmançı, dənizçi və s. peşə sahiblərinə, tələbə övladınıza, təqaüdçü valideynlərinizə hədiyyə edərək onların daim sizi xatırlamasına, həmişə yanlarında olduğunuzu hiss etməyə səbəb ola bilərsiz.Bununla da o lazımsız parça hissələrindən hazırlanmış əl işlərinə mənəvi anlam qatmış olarsız. Eyni zamanda qədim tikmə sənətimizin əldən-ələ keçərək yaşamasına vasitə olarıq.






2 Müzakirə
Çox gözəldir. Əlinizə sağlıq.
Çox gözəldir. Əlinizə sağlıq.