
Bugün bir az səylə istifadəsiz və tullantı əşyalardan lazımı məhsul hazırlamağa çalışdım. Bununla həm cibimə qənaət etmiş oldum, həm istehsalın ekoloji təsirini azaltdım, həm də tullantıların həcmini azaltmış oldum. Sizə dekorativ və funksional istifadə məqsədli gecə lampası proyektimi təqdim edirəm. Ümüd edirəm bəyənəcəksiniz.
Addım 1: Lazımı əşyalar və ləvazimatlar
Layihəni təşkil edən əşyaların siyahısı:- LED lampa - Şərab şüşə butulkası və tıxacı- Akril boya- Stiker - Kötük - Elektrik kabeli, taxıc və İzolent - Elektrik açarı- Slikon mumLayihə prosesində istifadə edilən ləvazimatların siyahısı:- Direl və başlıqları (sverlo taxta üçün)- Kağız skoç- Mişar- Kabel soyan alət- Şüşə kəsən alət- Şpatel- Slikon tapança- Sumbata kağızı (Şkurka)- Kəlbətin - Süngər- Metrə- Karandaş- İsti və soyuq su
Addım 2: Şüşə butulkanın kəsilməsi və layihəyə uyğun vəziyyətə gətirilməsi

İlk olaraq butulkanı kağız skoçun köməyi ilə şüşə kəsənlə dairəvi formada cızdım. Daha sonra ardıcıl olaraq isti və soyuq sudan istifadə edərək butulkanı lazımı yerdən ikiyə ayırdım. Şüşənin kəsici hissələrindən qurtulmaq üçün butulkanı müəyyən hissələrini şkulkaladım. Butulkanın üzərindəki etiketi isə şpalkel, süngər və su ilə təmzilədim.



Addım 3: Kötüyün kəsilməsi deşilməsi və uyğun vəziyyətə gətirilməsi
Proyektin bu hissəsində 20 sm diametrli kötükdən istifadə etdim. Kötüyü hündürlüyü 12 sm olaraq mişarla kəstim. Kəstikdən sonra üzərində butulkanın və metrənin köməyi ilə ölçü verdim. Direl və xüsusi başlıq vasitəsilə kötüyün üzərində butulkanın yerləşməsi üçün təxminən 4 sm-lik dərinlik açdım. Sonra daha 10 sm dərinliyində kiçik diametrdə deşdim. Kötüyün çöl tərəfindən isə həmin dəliyə girəcək kabel üçün deşik açdım.







Addım 4: Elektrik işləri
Bu layihədə LED lampadan istifadə etdim. LED lampanı öz çərçivəsindən çıxartmaq üçün mənə kəlbətin və bir az fiziki güc lazım oldu. Sonra LED lampanı və elektrik açarını çöldən gələn kabelə birləşdirdim. Daha sonra onları deşiklərinə slikon tapançası və birazda istiliyə davamlı yapışdırıcı ilə yapışdırdım. Sonda isə slikonun üzərinə xırda taxta parçaları yapışdırdım ki, slikon görünməsin.
.jpg)




.jpg)
Addım 5: Butulkanın dekorasiya edilməsi rənglənməsi və kötüyə yerləşdirilməsi
Sadəcə bu hissə üçün mağazadan stiker aldıb fikrimdəki dizaynı gerçəkləşdirməyə çalışdım. Stikerlərin üzərini boyadıqdan sonra bıçaq ilə stikerlərin ətrafını kəsdim ki onu qopardarkən boya zərər görməsin. Sonra boş qamış hissələri boyadım. Və sonda şərab butulkasının içindən çıxan tıxacı yenidən öz yerinə yerləşdirdim.




Addım 6: Layihə hazırdır

Budur ekoledlampanın son halı

4 Müzakirə
Uğurlar!
Çox qəşəng, əlinə sağlıq, Kənan!
Əla!
Möhtəşəmm