Close button

Əlüzyuyan Boçka

@kamran-k-zade tərəfindən Metal
4203
58
35
Seçilmiş
Üçüncü yer
Dərc olundu: 13 iyl 2020
Kamran K-zade @kamran-k-zade


Özünyarat platformasında müsabiqəyə qatılmaqda məqsədim tullantı və köhnə materiallardan istifadə etməklə davamlı, istifadəyə yararlı məhsul yaratmaq, ictimaiəyyətin ekoloji maarifləndirməsinə dəstək olmaq və kreativlik bacarığımı nümayiş etdirməklə qalib olmaqdır.


 


Layihənin məqsədi kreativ yolla qaraj üslubunda əlüzyuyan düzəltməkdir. Bu layihənin əsas hissəsini metal materiallar - köhnə istifadə olunmuş yağ boçkası (çəllək), istifadə olunmayan əlüzyuyan və köhnə krant təşkil edir. Boçkanın hazırlanmasında istifadə olunan alət və digər materiallar barəsində “addımlar” bölməsində ətraflı məlumat əldə edə bilərsiz.

Addım 1: Bizə nə lazımdır


Boçkanı düzəltmək üçün bizə lazım olan işlənmiş material, köhnə əşya və alətlər:



- Köhnə metal yağ boçkası


- İstifadə olunmayan paslanmayan materialdan əlüzyuyan  


- Köhnə krant 


- Paslanmaya qarşı boz boya


- 7 rəng akril boya (qara, sarı, yaşıl, göy, qırmızı, bənövşəyi, çəhrayı)


- Dəmirkəsən qayçı


- Qayka açar


- Kəlbətin


- Vintaçan (otvertka)


- 120 sm-lıq soyuq su şlanqı


- Diametri 40 mm-lik sifon


- Əlüzyuyanın plastmas altlığı və aksesuarları


- Kanalizasiya adapteri


- Silikon və onun pistolet


- 3 əd fırça

Addım 2: İlkin hazırlıq işləri


Köhnə metal yağ boçkamızın üst hissəsini səliqəli şəkildə əlüzyuyanın ölçüsünə uyğun dairəvi şəkildə metalkəsən qayçı ilə kəsirik.Boçkanı paslanmaya qarşı boya ilə boz rəngdə boyayırıq.

Addım 3: Street art üslubunda boçkanın boyanması


Boçka paslanmayan boz boya ilə rəngləndikdən sonra köməkçi xətlər çəkilir və 7 rəngdə akril boya ilə boyanır. Daha sonra rənglərin sərhədləri qara rənglə tamamlanır. Bundan əlavə su xəttinin və sifonun quraşdırılması üçün boçkanın arxa aşağı hissəsində növbəti dəliyimizi açırıq.

Addım 4: Əlüzyuyanın aksesuarlarının yığılması


Əlüzyuyanın metal suaxan dəliyi (trap) alt hissəsindəki aksesuara vintaçanla bərkidilir. Əlüzyuyanın alt hissəsindəki aksesuara plastik sifon silikon vasitəsilə yapşdırılır. Daha sonra krant və su şlanqı montaj olunur. 

Addım 5: Əlüzyuyanın quraşdırılması və testi


Əlüzyuyanı boçkanın üstündəki açdığımız dəliyin üzərinə yerləşdiririk. Sifon və su şlanqını aşağıdakı dəlikdən çıxarıb su krantına kəlbətinlə birləşdiririk və sifonu da kanalizasiyanın girişindəki yerləşdirdiyimiz adapterə taxırıq. Nəhayət krantı açırıq və üzümüzü yuyuruq 😊.

Addım 6: Son mərhələ


Köhnə krantımızı akril boyalarla boçkaya uyğun eyni tonlarla rəngləyirik. Əlüzyuyanımız artıq tam hazırdır.

35 Müzakirə

2 il əvvəl

Her zamanki kimi yenede yaradirsan. Ugurlar!!!...

2 il əvvəl

maraqlı alınıb. Əla işdir bro, hope you will get 1st Place. Creativelik ən üst səviyyədə )

2 il əvvəl

Good Luck bro. Creative and beautiful inshallah you will win.

2 il əvvəl

Good Luck bro. Creative and beautiful inshallah you will win.

2 il əvvəl

Salam, yaradıcılığınızı dəstəkləyirəm, çox maraqlı ideadır reallaşdırmısınız. Maraqlıdır, gələcədə bizlərin şəxsi istifadəsi üçün belə bir modelin bir neçəsinin satış məqsədi ilə hazırlanmasına nə qədər maraqlısınız. Özüt yarat lahiyyəsi üçün kifayyət qədər uğurlu idea kimi hesab edirəm. Sizə uğurlar arzulayıram!

2 il əvvəl

Uğurlar!

2 il əvvəl

ela - yeni inovsiyalar zamanidir - bele davam et - ugurlar!!!

2 il əvvəl

Очень интересная задумка и решение. Оригинально смотрелась бы на дачном участке, или частном домике

2 il əvvəl

Uğurlar!👍🏻

2 il əvvəl

Super qaqulya

2 il əvvəl

Amazing...😚

2 il əvvəl

Amazing...😚

2 il əvvəl

COOL😍

2 il əvvəl

Cool!

2 il əvvəl

Çox maraqli alinib. Cox beyendim

2 il əvvəl

Super

2 il əvvəl

Супер, Камран👍👍👍🌹🌹🥰🥰

2 il əvvəl

cox super alinib ))

2 il əvvəl

cox super alinib ))

2 il əvvəl

Kamran halaldir. Bocka eluzyuyanin reklamini cox gozel edirsen. Senden Kreativ LEXUS reklami gozleyirik:)

2 il əvvəl

Ela alinib👍👍👍

2 il əvvəl

👍👍👍

2 il əvvəl

СУПЕР!!! МОЖНО СЕБЕ ТАКОЙ ДОМОЙ?

2 il əvvəl

Elaaaaaa

2 il əvvəl

Loool cox maragli rengleri var 😁

2 il əvvəl

Ugurlar

2 il əvvəl

uğurlu olsun

2 il əvvəl

Ugurlar

2 il əvvəl

hmmm ne geder

2 il əvvəl

هر کی اینو بخره کسخوله!

2 il əvvəl

Çox maraqlı və kreativ işdir. Uğurlar 🙂

2 il əvvəl

Super....

2 il əvvəl

cox maraqli !)

2 il əvvəl

Kreativ ideadır. Super alınıb.

2 il əvvəl

super.

Təklif olunan layihələr