Close button

Pubg Kar 98K çubuq Atan

@ismayilzade-ekram tərəfindən Taxta
642
12
10
Seçilmiş
Dərc olundu: 19 iyn 2020
Əkram İsmayılzadə @ismayilzade-ekram


Salam, mən İsmayılzadə Əkram  6-ci sinif şagirdiyəm. İlk dəfə bu tip platformada iştirak edirəm. Mən əslində həmişədən ekologiyanın qorunmasına böyük önəm vermişəm və buna görə də ətrafımdakı insanlara öz düzəltdiyim maraqlı suvenirlərlə təbliğ etməyə çalışmışam. Çox şadam ki,  bu cür lahiyələr vasitəsilə ilə təbliğatım daha da çox insanlara çatacaq, bunun üçün lahiyə rəhbərlərinə dərin təşəkkürümü bildirirəm. İndi isə gəlin addımlara nəzər salaq...

Addım 1: Lazım olan məmulatlar


Bizə ilk öncə köhnə taxta ( mənim istifadə etdiyim  qırlmış stul hissəsidir və əvvəlcədən silah formasına gətirmişəm), lazımsız boru ( hər hansı metal yaxud plastik boru ola bilər sizin seçiminizdir), borunun içərisinə daxil olacaq uzunluqda düz çubuq ( dəmir də ola bilər ), qayçı, xətkeş,  elektrik bandı,  silikon tapançası, iki ədəd bolt ,mexanizmi çəkmək üçün  düzbucaqlı dəmir parçası, 8.2x 9 ölçüsündə iki ədəd karton 16.5x 19 bir ədəd karton hissəsi  möhkəm rezn, rezni bağlamaq üçün ip, boyamaq üçün isə quaş boya lazımdır.

Addım 2: Silahın forması və hissələrinin hazirlanması


Silahın formasını kəsirik(mən əvvəlcədən kəsmişdim).Sonra isə onun tutacağını formalaşdırırıq.Formalaşdırdıqdan sonra isə silahı boyayırıq(istədiyiniz kimi).İndi isə durbini hazırlayaq:Əvvəlcə kəsdiyimiz kartonların daha əyimli olması üçün üz kağızını çıxardırıq və digər üzü də eyni şəkildə.Sonra kartonu silindir formasında yapışdırırıq.Digər iki kartonlarında üz kağızlarını çıxarıb onlarıda silindir fomasaında yapışdırib uzun silindirin iki kənarına keçiririk.Alınan durbinin üzərini qara olması üçün elektrik bandı ilə hər yerini bantlayırıq(beləliklə durbinin iki tərəfi də bir-birinə yapışacaq).Durbini isə kənarda saxlayıb  mexanizmi quraq.

Addım 3: Mexanizmin qurulması


Mexanizmi qurmaq üçün əvvəlcə borunu silahın üzərinə qoyuruq və yapışdırırıq sonra da düzəltdiyimiz durbini borunun üzərinə silikon vasitəsilə yağışdırırq. Borunun içindən keçən dəmirə 1-ci boltu taxırıq sonra isə kvadrat dəmiri keçirib yenidən digər boltu taxıb sıxılaşdırırıq.Rezini isə silahda açdığımızdeşikdən keçiririk və rezini iplə bir-birinə bağlayırıq.Rezini uzun dəmirin arxasına qoyub düzbucaqlı dəmirdən çəkirik və silahın arxasındakı boşluğa qoyuruq.Borunun içərisinə çubuq qoyub və boşluğa qoyduğumuz dəmiri yuxarığa qaldırdıqda dəmir borunun içərisində irəli gedir.Beləlikə də içəridəki çubuğu atır.

Addım 4: Nəticə


Artıq Kar98k hazırdır.(4 metr məsafə atır)

10 Müzakirə

4 ay əvvəl

Başlanğıc üçün pis deyil.

4 ay əvvəl

Kar 98 K pubg oynayan var?

4 ay əvvəl

halaldi

4 ay əvvəl

Gozel esgerlikde isletmistim nostaljik oldu

4 ay əvvəl

Cox ela mukemmel insallah sen qzanarsiz youtube den baxdim youtube de yoxdu yeqin ozu edib haladi

4 ay əvvəl

çox sağ olun minnətdaram

4 ay əvvəl

uğurlar çox gəşəngdi

4 ay əvvəl

çox bəyəndim

4 ay əvvəl

əla

4 ay əvvəl

uğurlar sənə

Təklif olunan layihələr