
Mənim 4 yaşım var. Rəsm çəkməyi və aplikassiya etməyi çox sevirəm. Sizin üçün keks kağızlarından çiçəklər hazırlamışam. Siz də yediyiniz şirniyyat kağızlarını atmayın, onlardan "Sənət əsəri" hazırlasanız həm təbiəti artıq tullantılardan qoruya, həm də yaradıcılığınıza rəng qata bilərsiniz.
Addım 1: Bizə lazımdır
Birdəfəlik Keks kağızları (Hər hansı şirniyyatın qəlib kağızı da ola bilər), yaşıl rəngli kağız (fərqli Rənglər ola bilər) və yapışqan.

Addım 2: Yapışdırma
Rəngli keks kağızlarını yapışqanla yaşıl kağıza yapışdırıram.



Addım 3: Çəkirəm
Yapışdırılmış keks kağızlarımız - çiçəklərimiz hazırdır. İndi isə onların gövdə və yarpaqlarını Çəkirəm.




Addım 4: Aplikasiyam hazırdır
Artıq aplikasiyam hazırdır. Dostlar, bəyəndiniz?


0 Müzakirə