Close button

Dəri Bilərzik

@ilqar-shirinov tərəfindən Digər
247
0
0
Dərc olundu: 06 iyl 2020
Ilqar Shirinov @ilqar-shirinov


Dəri məmulatları müəssisəsində kiçik ölçüdə qaldığı üçün atılmış rəngli dəri parçalarından hazırladığım  bilərzik.

Addım 1: Qara və ağ kəmərlərin üzərini bəzəyəcək rəngli dərilərin toplanması

Bilərziyin əsas hissəsi olan qara rəngli dəri, onun üzərinə yapışdırılacaq ağ dəri və onların üzərini bağlayacaq rəngli dərilər kəsim üçün seçilir.

Addım 2: Dərilərin kəsilməsi


Əsas qara rəngli kəmər 22 cm uzunluğunda və 10 mm enində kəsilir. Ag kəmər 5 mm enində ondan qısa uzunluqda kəsilir. Qızılı, zoğalı və göy rəngin müxtəlif çalarlarındakı hissələr 5 mm enində və 4 cm uzunluqda kəsilir.

Addım 3: Hissələrin yapışdırılması və metal bərkidicinin quraşdırılması


Hissələr yapışdırılır və bilərziyin uclarını bir-birinə bağlayan metal keçirici bərkidilir.

0 Müzakirə

Təklif olunan layihələr