Dəri Tullantılarından Hazırlanmış Kəmərdən Asılan Açar Aksesuarı

Obey the traffic rules for the sake of humanity (İnsanlıq xatirinə yol qaydalarına əməl et) devizi altında Dəri istehsalı müəssisəsində tullantı kimi qalmış kiçik rəngli dəri parçalarından düzəltdiyim kəmərdən asılan "Belt key holder". Dəri açar kəmərinə rənglı dərilərdən işıqforun rənglərini bərkutmişəm.
Addım 1: Atılmış rəngli dəri parçaların toplanması
Dəri parçanın əsas hissəsi 25mm enində 35 cm uzunluğunda kəsilir və üzərində 3 ədəd deşik açılır. Qırmızı , sarı və yaşıl dəri parçalarında da eyni ölçüdə deşiklər açılır . Hazır məhsulun uzunluğu 12.5 cm olur.


Addım 2: Kəmər asılqanın metal elementlərinin bərkidilməsi
Kəmər asılqanın metal elementləri bərkidilir və arxasına da nazik tullantı dəri kəsilərək kleylə yapışdırılır. Rəngli dəri mozaikası həmin astara yapışdırılır.

Addım 3: Rəngli parçaların yapışdırılması
Ən sonda rəngli dəri parçalar yuvalara dəri kleyi ilə yapışdırılır. İşıq foru simvolizə edən avtomobil açarı üçün kəmərdən asılan dəri aksesuar hazırdır. Kəmərdən asılarkən açar cibdə gizlənir və cibə ağırlıq salmır. Uzunluğu 12.5 cm.


0 Müzakirə