Dəri üzərinə Metallar Dekorasiya Edilmiş Açar Qabı

Dəri məmulatları istehsalı sexində tullantı olmuş dəri parçasının üzərinə atılmış metal içki qablarından və sınmış qadın sırğalarından lakla bərkidilərək dekorasiya olunmuş açar qabı. Cox illər əvvəldən atılmış məhsullardan aksesuarlar hazırlayıram. Təqdim etdiyim iş əvvəldən hazırlandığı üçün replikasının hazırlanmasını göstərəcəm.
Addım 1: Tullantı dəri parçasının işlənməsi
İstehsal müəssisəsində kiçik parça halında qaldığından , ayaqqabı və çanta hazırlamaq mümkün olmadığından atılmış dəri hissəsinin üzərinə milli ornament olan buta şəkili çəkilir və kəsilir.

Addım 2: Sınmış və yaxud tutucu yerləri xarab olmuş sırğalardan dekorasiyanın hazırlanması
Sınmış və yaxud tutucu yerləri xarab olmuş sırğalardan dekorasiya hazırlanır.

Addım 3: Dekorasiyanın yapışdırılması və açar qabının hazır vəziyyətə gətirilməsi
Çiçək forması verilmiş ürək formalı sırğalar dəriyə yapışdırılır. Atılmış metal içki bankalarından gülün zoğu və yarpaqları kəsilərək yapışdırılır. Dərinin üzərinə lak çəkilir. Butanın uclarına maqnit birləşdirici bərkidilir və açar qabı hazırdır.

0 Müzakirə