Close button

Qranit Yaxud Mərmər Və Metal Tullantılarından Stolüstü Aksssuar

@ilqar-shirinov tərəfindən Metal
1513
0
0
Seçilmiş
Dərc olundu: 29 iyn 2020
Ilqar Shirinov @ilqar-shirinov


Ev təmiri zamanı artıq qalmış qranit və ya mərmər parçasından, metal şokolad və peçenye qutusundan işlədiyim şirkəti təbliğ edən  stolüstü aksesuar. Cox illər əvvəldən atılmış məhsullardan aksesuarlar hazırlayıram. Təqdim etdiyim iş əvvəldən hazırlandığı üçün replikasının hazırlanmasını göstərəcəm.

Addım 1: Materialların toplanması


Qranit tullantısı, atılmış metal şokolad qabı və qranitin üzərinə yapışdırılacaq yelkənli gəmi modelinin ağ-qara eskizigəri

Addım 2: Kağız eskiz əsasında metalın gəmi modelində kəsilməsi


Əvvəlcə kağız eskiz doğranır. Sonra eskizlər metal qutunun üzərinə yapışdırılır. Həmin hissələr doğranılır.

Addım 3: Qranit üzərinə metal hissələr yapışdırılması


Qranit üzərinə metal hissələr yapışdırılır. Yelkənlər mavi rəngli metaldan doğranır və yapışdırılır.

Addım 4: Logo və bayrağın yapışdırılması


Azərbaycan bayrağının  rənglərini əks etdirən metal hissələr boş cola və sprite bankalarından kəsilərək yapışdırılır. Yazılar köhnə bilərzikdəki hərflərdən  götürülür.

0 Müzakirə

Təklif olunan layihələr