Close button

Qranit Və Metal Tullantılarından Stolüstü Qələmli Aksssuar

@ilqar-shirinov tərəfindən Digər
220
0
0
Dərc olundu: 29 iyn 2020
Ilqar Shirinov @ilqar-shirinov


Ev təmiri zamanı artıq qalmış qranit parçasından, metal şokolad və peçenye qutusundan, stolüstü kalendarın metal çərçivəsindən və avtomobilin sınmış logosundan hazırladığım stolüstü aksesuar. "Write your driving history with Mercedes Benz". Özüm yaratdığım bu devizi Mersedes kompaniyasına təqdim etdim. Cavab verdklər ki, patent al rəsmiləşdir sonra bizə göndər.  Cox illər əvvəldən atılmış məhsullardan aksesuarlar hazırlayıram. Təqdim etdiyim iş əvvəldən hazırlandığı üçün replikasının hazırlanmasını göstərəcəm.

Addım 1: Təmirdən artıq qalmış qranit parçası baza kimi götürülür


Qranit parçası üzərinə avtomobil yolunu imitasıya edən kənar bütöv və orta qırıq xətlər lakla çəkilir və üzərinə aliminium tozu səpilir.

Addım 2: Devizin metal hərflərlə üzərinə yazılacağı yol xətlənərəm hazırlanır


Lak və aliminium tozu quruduqdan sonra lentlər açılır.

Addım 3: İşlənmiş metal şokolad qutusunun emal olunması


İşlşnmiş metal şokolad qutusu dəmirkəsən qayçı ilə 3 mm lentlər formasında doğranır.

Addım 4: Metal hərflərin hazırlanması və qranitə yapışdırılması


Doğranmış metal lentlərdən hərflər hazırlanır və qranitin üzərinə yapışdırılır. Sonra yazıların üzərinə bərk qalması üçün artıq qalmış parket lakı çəkilir.

0 Müzakirə

Təklif olunan layihələr