Close button

Cins şalvardan Maska

@gyulya-akbarli tərəfindən Parça
266
1
0
Dərc olundu: 14 iyn 2020
Гюля Акбарли @gyulya-akbarli


Hal hazırdakı pandemiya dövründə tibbi maska çatışmazlığı yaranarsa, özümüz maska hazırlaya bilərik. Mən maskanı qalın olması və daha güvənli olması üçün ikiqat cins parçadan hazırladım (istifadə edilməyən köhnə cins şalvardan), siz istənilən köhnəlmiş paltarın parçasından istifadə edə bilərsiniz. Lakin çox nazik parça yetərli qoruyuculuğa malik olmaya bilər, bu səbəbdən nazik maska ilə birlikdə birdəfəlik quru salfetlərdən filtr kimi istifadə etmək olar. 

Addım 1: Sizə lazım olacaq


Köhnə cins şalvar, iynə, sap, qayçı, A4 kağız, xətkeş, qələm, rezin lent. 

Addım 2: Maket hazırlayırıq


Əvvəlcə A4 kağızı ortadan iki qatlayiriq (A5 forması alir). Qat yerində vertikal olaraq 16 sm ölçürük və qeyd edirik. Qeyd etdiyimiz nöqtədən vertikal olaraq 11 sm ölçürük və qeyd edirik. Sonra isə qeyd etdiyimiz nöqtələr arasında 11 sm horizontal xətt çəkirik. Daha sonra yuxarıdan aşağı, yani vertikal olaraq 16 sm xətt çəkirik. 

Addım 3: Düzbucaqdan maskanın formasını modelləşdiririk

Sağ tərəfdəki xətti aşağıdan yuxarı 4 sm ölçüb qeyd edirik. Sol tərəfi 3.5 sm ölçüb qeyd edirik. Sonra sağda qeyd etdiyimiz nöqtədən vərəqin sol küncünə doğru xətt çəlirik. Sol küncdən sağa doğru 1.5 sm qeyd edirik. Sol tərəfdə qeyd etdiyimiz 3.5 sm yuxarıda olan nöqtədən 1.5 sm sağa doğru qeyd etdiyimiz nöqtəyə xətt çəkirik. 

Addım 4: Maketi kəsirik


İlk öncə vərəqin sağ kənarında olan artıq hissə kəsilir. sonra vərəqi aşağıdan yuxarı qeyd etdiyimiz xəttə qədər qatlayıb, artıq hissəni kəsirik. Daha sonra qatı açıb və əks istiqamətdə qatlayıb, işarələdiyimiz xətlərdən artıq hissələri kəsirik. 

Addım 5: Parçanı kəsirik


Kağızdan əldə etdiyimiz maketı şalvarın bir hissəsinin üzərinə iynələrlə bərkidirik və ikiqat kəsirik. Daha sonra hər iki hissəni tərsindən birləşdirib kənarlarını səkildə göstərildiyi kimi bir hissə istisna olmaqla tikirik. 

Addım 6: Ağız fizionomiyasına uyğunlaşdırırıq


Maskanin V sayagı kəsilmiş hissələrini şəkildə göstərildiyi kimi birləşdiririk və tikirik. Daha sonra maskanı tikmədiyimiz kənarından tərs üzündən avand üzünə çeviririk. Kənarını qıraqlarını içə doğru qatlayıb gizli tikişlə tikirik. Hazır olan məhsulun bütün kənarlarını və ortadakı tikiş yerlərini ütü ilə ütüləyirik. 

Addım 7: Rezin lentləri bərkidirik


Rezin lentdən 14 sm uzunluğunda 2 lent kəsirik. Lentin kənarlarını maskanın qıraqlarına şəkildə göstərildiyi kimi tikirik. Və maskamız hazırdı. 

Addım 8: Video izahat


Maskanın hazırlanma prosesini aşağıdakı videoda izləyə bilərsiniz. 

0 Müzakirə

Təklif olunan layihələr