Close button

Köhnə Saç Aksesuarını Yenilə

@gyulya-akbarli tərəfindən Plastik
1936
2
0
Seçilmiş
Dərc olundu: 14 iyn 2020
Гюля Акбарли @gyulya-akbarli

Addım 1: Sizə lazım olacaq


Köhnə obodok, qara jilka və ya sap, iynə, fərqli kiçik muncuqlar, qayçı, yapişdırıcı.

Addım 2: Muncuqlar


Əvvəlcə muncuqları bir birinə qarışdırırıq. Sonra isə jilkanı (və ya sapı) iynədən keçirib muncuqları jilkaya toplamağa başlayırıq. 

Addım 3: Jilkanı bərkitmək


Jilkanın ucunu əvvəlcə boş, muncuqsuz şəkildə obodokun küncünə bir neçə dəfə dolayırıq, və sonra muncuqlarla 2-3 sira dolayırıq. Daha sonra yapıştırıcı ilə içəridən bərkidirik. 

Addım 4: Jilka bitərsə


Jilka bitdiyi zaman yenisinin ucunu bitənin ucuna duyunləyirik, bir neçə sıra boş dolayıb, sonra isə muncuqlarla sıra-sıra dolamağa davam edirik. Obodokun bir ucundan digər ucuna çatana qədər. 

Addım 5: Son sıranı bərkitmək


Sonuncu muncuq sırasını da düzdükdən sonra jilkanı sıraların arasıyla 5 defe ve ya daha artıq dolayıb, sonda yapışdırıcı ilə bərkidirik. Və yeni obodokumuz hazırdı. 

Addım 6: Video izahat

Video izahatı izləyin.

0 Müzakirə

Təklif olunan layihələr