Qəzet Kağızından Səbət Içində Güllər Düzəlt

Addım 1: Sizə lazım olacaq
Qəzet kağızları, kağız yapısqan lent, uzun çöp şiş, pva yapışqan, qayçı, akril boya, firça, süni güllər.

Addım 2: İlk öncə
Qəzet kağızlarını öncə ortadan ikiyə bölün, sonra isə hər parçanı birdə qatlayaraq bir daha ikiyə bölün.



Addım 3: Qəzet çubuqları
Nazik çöp şişi qəzet parçasının küncünə qoyaraq yuvarlayın və pva yapışqanı ilə küncünü bərkidin.


Addım 4: Səbətin toxunması
İlk öncə səbətin dibini hazırlamaq üçün şəkildə göstərilən kimi çubuqları yerləşdirin.


Addım 5: Toxumağa başlayırıq
Başqa bir çubuğu götürürük, iki qatlayırıq və şəkildəki kimi yuxarıdakı ilk iki çubuğu onun ortasına alırıq, çeviririk və növbəti iki çubuğu ortaya alırıq, yenə çeviririk və sağ tərəfdəki iki çubuğu ortaya alırıq. Belə davam edərək zənbilin dibini toxumuş oluruq.



Addım 6: Çubuq bitərsə
Bitən çubuqları uzatmaq üçün kənarda öncədən hazırladığımız çubuqlardan götürüb bitməkdə olan çubuğun içinə keçirdirik.

Addım 7: Dibini bitirincə
Zənbilin dibi istədiyimiz ölçüyə çatınca kənarlarını yuxarı qatlayırıq və yuxarı doğru toxumağa davam edirik. İstədiyimiz hündürlüyü də əldə etdiyimiz zaman toxuduğumuz çubuqların ucunu içəriyə doğru keçirib yapişqan ilə bərkidirik. Diğər kənarları da içəriyə doğru qatlayırıq.





Addım 8: Rəngləmə
Daha sonra əldə etdiyimiz səbətin çölünü və kənarlarını rəngləyirik. İçini rəngləməyə ehtiyac yoxdur. Rəngləmək ünün 1 çay qaşığı suya yarım çay qaşığı pva yapışqanı və akril boya əlavə edirik. Qarışdırıb səbətin üzərinə fırça ilə tətbiq edirik. Sonra qurumasını gözləyirik. Quruduqdan sonra seçdiyimiz gülləri səbətin içinə silikon yapışqan ilə yapışdırırıq. Və dekorumuz hazırdı.



Addım 9: Video izahatı izlə

Əgər şəkkillərlə izahatda hər hansı sualınız yarandısa, səbətin hazırlanma prosesini asağıdakı videoda izləyin. Suallarınızı şərh bölməsinə qeyd edə bilərsiniz.

0 Müzakirə