Plastik Qatıq Qabından Evinizin Bəzəyinə

Plastik tullantıların günümüzdə yenidən istifadə məsələləri ən aktual məsələlərdəndir. Gündəlik həyatımızda da hər birimiz xeyli sayda plastikdən hazırlanmış əşyaları istifadə edir və atırıq. Bu layihəmdə sizə aldığınız hər hansı məhsulun plastik qabını ən gözəl şəkildə
necə istifadə edəbiləcəyinizin bir yolunu göstərəcəm :)
Addım 1: Lazım olan materialları toplayın
Lazım olacaq materiallar:


Addım 2: Kəndiri yapışqanla qaba yapışdırın
Kəndiri şəkildəki kimi qaba dolaya-dolaya yapışdırın.

Addım 3: Sıranın birinin zövqə görə fərqli bəzənməsi
Yəgin ki, bir çox evdə mən işlətdiyim kimi bəzəkli parça və s. var. Əgər varsa öz zövqünüzə görə bir sıranı fərqli naxışla bəzəyə bilərsiniz. Daha bir alternativ kimi həmin nazik xətti boyamaq da olar. Daha sadə üsul isə kəndir istifadə etməkdir.

Addım 4: Yeni qabı istədiyiniz hissədə yerləşdirin
Artıq yeni qabımız hazırdırrrr! Yeni qabı həm otaq üçün dekor, həm dibçək həm də mənim kimi içinə lazımlı şeylər yığa biləcəyiniz bir hissəyə qoymaq olar.
Uğurlar!


2 Müzakirə
👍👍👍
Çox funksiyalı bir əşyadı !