Yararsız Avtomobil Təkərindən Jurnal Masası
.jpeg)
Hər il dünyada milyonlarca təkər istifadəyə yararsız olduğundan tullantıya çevrilir. Bu problem də özlüyündə rezin tullantıların təkrar istifadəsi məsələsini aktuallaşdırır. Bu layihədə lazımsız maşın təkəri və lazımsız taxta parçasından evinizi bəzəyəcək yepyeni və gözoxşayan jurnal masası hazırlamağı göstərəcəm.
Addım 1: Istifadə olunacaq materialları yığın

Addım 2: Taxtaları təkərə bərkidin
Təkərin diametrinə uyğun ölçüdə kəsilmiş taxtaları təkərin həm yuxarı, həm də aşağı hissəsinə bərkidin.

Addım 3: Masanın üst hissəsini kəndir ilə örtün
Kəndiri yapışqanın köməyi ilə masanın üst hissəsindəki taxtaya şəkildəki kimi dolaya-dolaya yapışdırın.

-thumbnail.jpg)
Addım 4: Təkərin yan və alt hissələrinini kəndirlə örtün
Masanın üst taxtasını kəndirlə tam bağladıqdan sonra bu addımda təkərin yanlarını və alt hissədəki taxtanın yan tərəfini kəndirlə şəkildəki kimi bağlayın.
-thumbnail.jpg)
Addım 5: Masanın altına ayaqlar bərkidin 'istəyə bağlı'
Lazımsız əşyalardan çıxarılan və ya taxta/dəmirdən zövqünüzə uyğun hazırladığınız ayaqları təkərin alt taxtasına bərkidin.
-thumbnail.jpg)
Addım 6: Masanı otağın bəzəmək istədiyiniz yerinə yerləşdirin
Vəəə budur! Yepyeni jurnal masamız hazırdır :)
Hər kəsə uğurlar.

-thumbnail.jpg)
-thumbnail.jpg)
1 Müzakirə
So cool 🤩