
Addım 1: İstifadə olunmayan təmiz şüşə qab tapırıq
Evdə istifadə olunmayan kompot qabının üstündəki etiket isti su ilə təmizlənir. Quruladıqdan sonra ağ rəngli akril boya ilə şüşəni rəngləyirik və qurumasını gözləyirik.




Addım 2: Kağız skoç ilə dizayn hazırlayırıq
Kağız skoçu müxtəlif ölçülərdə kəsərək şüşənin üzərinə yapışdıraraq zövqümüzə uyğun həndəsi fiqurlar dizayn edirik.



Addım 3: Akril boya ilə rəng çalarları yaradırıq
Ağ və qara rəngli akril boyaları zövqə uyğun olaraq qarışdırıb boz, tünd-boz, qara və s. rənglər yaradırıq.


Addım 4: Fiqurların içini rəngləyirik
Yaratmış olduğumuz həndəsi fiqurların içini müxtəlif çalarlarla rəngləyirik və qurumasını gözləyirik


Addım 5: Kağız skoçları soyuruq
Boya quruduqdan sonra kağız skoçları ehtiyatla soyuruq ki, altdakı boyanı özü ilə qopartmasın.



Addım 6: Vaza hazırdır
Minimalist vazamız hazırdır :)

0 Müzakirə