Close button

Kartondan Hazırlanmış Dekorativ Güzgü

@gultekin tərəfindən Kağız
399
0
0
Dərc olundu: 01 iyl 2020
Gültəkin Mirzalıyeva @gultekin


Dekor, kartonlardan istifadə edilərək hazırlanmışdır. Əvvəlcə kartonların üzərinə budaq forması çəkilmiş sonra rezak vasitəsi ilə kəsilib. Daha sonra qızılı rəngli boya ilə rənglənmişdir.

Addım 1: Lazım olanlar


Güzgü, karton, ikitərəfli skoç, karandaş, ip, boya, fırça, rezak

Addım 2: Budağın çəkilməsi


Karandaşla karton üzərinə budaqlar çəkirik. (Budaq çəkmək istəmirsinizsə istədiyiniz başqa bir dekoru da çəkə bilərsiniz) 


PS. karandaşı bərk basmayın, karton deşilə bilər.

Addım 3: Çəkdiyimiz təsvirin kəsilməsi


Rezak vasitəsi ilə çəkdiyimiz təsviri kəsirik.

Addım 4: Rəngləmək


Kəsdiyimiz hissələri rəngləyirik

Addım 5: Güzgünün divardan asılması


Kəsdiyimiz kartonların güzgünü yapışdıracağımız hissəsinə ikitərəfli skoç yapışdırırıq. Güzgünü həmin hissəyə yapışdırırıq. Kartonların divara yapışacaq hissələrinə də skoç yapışdırırıq. İp vasitəsi ilə güzgünü divardan asırıq. Budaqların skoç yapışdırdığımız hissələrini də divara yapışdırırıq. Hazırdır :) 

0 Müzakirə

Təklif olunan layihələr