Close button

Dekorativ Velosiped

@gullu-ceferova tərəfindən Kağız
450
6
4
Seçilmiş
Dərc olundu: 19 iyn 2020
Güllü Cəfərova @gullu-ceferova


Salam.Mən Cəfərova Güllü 9-cu sinif şagirdiyəm.İlk dəfədiki belə bir  layihədə iştirak edirəm və dəstəkləyirəm.


Addım 1: Lazım olan ləvazimatlar


4 ədəd istifadə olunayan kağızlar .Bir böyük ölçüdə,birdə kiçik plastik qab. 12 ədəd kiprit çöpü (diş çöpü də olar).Biraz ip və kağızdan hazırlanmış dekorativ gül.Muncuq, lent.


Dekorativ gül:rəngli kağız 


karandaş,yapışqan,qayçı.

Addım 2: Velosipedin əsas hissələrinin hazırlanma qaydası


Velosipedin gövdə hissəni düzəltmək üçün 7 ədəd kağızı uzun çubuq vasitəsilə uzunsov formada bükürük. Bükdüyümüz kağızları ,2 uzun ,3 normal , 2 qısa ölçülərdə kəsirik. Velosipedin ön və arxa hissəsiləri üçün böyük və kiçik ölçülərdə plastik qab. (Mənim istifadə etdiklərim qulaq çöpü qapı və dərman qutularda olan ölçəcək, butulka qapağıda ola bilər). Velosipedin təkərləri üçün lazımsız karton qutunu 3 ədəd kiçik  dairəvi ölçülərdə kəsirik, içi boş olacaq şəkildə. Təkər formasına düşməsi üçün lent yaxud ip vasitəsilə  dairəvi fiqura dolayırıq ( əgər dolmaq istəmirsizə fiquru rəngələyə bilərsiz). Hər təkərin içərisinə pəncərə şəklində 4 kipriti yapışdırırıq.

Addım 3: Dekorasiya


3D güllər hazırlamaq üçün rəngli kağızları kəsib gül formasında bükürük, yarpaqları üçün isə müxtəlif ölçülərdə yarpaq formada kəsirik. Gülləri plastik qabların içərisinə yerləşdirik.  Muncuq lar vasitəsilə zövqə görə suvenirimizi bəzəyirik. 

Addım 4: Nəticə


Artıq velosipedimiz hazırdır. Dekorativ əşya kimi mənəvi dəyəri olan hədiyyə kimi də istifadə edə bilərik

4 Müzakirə

3 ay əvvəl

Eladir eziyyetle edilmis ve cox gozel bir netice alinmisdir.Cox seliqeli isdir Ugurlar!

4 ay əvvəl

həqiqətən də həddiyə üçün əladı

4 ay əvvəl

Çox əladı mütləq düzəldəcəm

4 ay əvvəl

Çox gəşəngdi. Əla

Təklif olunan layihələr