Close button

Taxta Paletdən Divan

@gasimov tərəfindən Taxta
328
2
0
Seçilmiş
Dərc olundu: 17 iyn 2020
Tamirlan @gasimov


Divan, köməkçi vasitələr istisna olmaqla istifadə olumuş köhnə taxta paletlərdən hazırlanmışdır. Taxta paletlər yığılmamışdan əvvəl yaxşıca şkurkalanmalı, daha sonra dolğulanıb laklanmalıdır. İstəkdən asılı olaraq divanı laklamaqdan öncə zövqə uyğun boyamaq olar. Təqdim olunan bu versiyada divan qəhvəyi rənglə boyanıb. Taxta paletlərin oturacaq hissəsi 2 paletdən ibarət olmaqla alt və üst hissələri bir-birnə yapışdırılır və əlavə olaraq şurup vasitəsilə bərkidilir. Daha sonra eyni qayda ilə divanın söykənən hissəsi yığılır. Şuruplanan hissələr bir daha dolğulanır, boyanır və laklanır. Əlavə olaraq üzərinə köhnə süngərdən döşək tikilmişdir.

Addım 1: Başlamaq uçun bizə nə lazımdır


İlk öncə hazırlayacağımız divanın ölçüsünü müəyyənləşdirmək lazımdır. Ölçüyə uyğun olaraq istifadə olunacaq taxta paletlərin sayını müəyyənləşdiririk. Daha sonra istifadə edəcəyimiz alət və materialları bir yerə toplayırıq. Bu divanın hazırlanması üçün bizə 10 əd istifadə olunmuş taxta palet, 3 litr boya, 2 litr dolğu, 2 litr lak, bir qutu şurup, çəkic, 2-3 əd fırça, 2 əd pur yapışdırıcı və divanın ölçüsünə uyğun olaraq parça və süngər lazım olacaq. 

0 Müzakirə

Təklif olunan layihələr