Köhnə Pəncərə çərçivəsindən Hazırlanmış Dibçək Rəfi
Dərc olundu: 18 iyn 2020
Köhnə pəncərə çərçivəsindən hazırlanmış dibçək rəfi
Addım 1: Çərçivələri və yeşikləri sökmək
Bir ədəd ikitaylı pəncərə və bir ədəd ikitaylı nəfəslik götürüb iki yerə ayırdım. Üstündəki şüşələri, tutacaqları və s. bizə lazım olmayan hissələri sökdüm. Bu çərçivələri şəkil 2-də gördüyünüz kimi birləşdirdim. Sonra isə köhnə tərəvəz yeşikləri və parket taxtalarını sökərək lazımi ölçüdə kəsdim(şəkil 3).

Addım 2: Kəs və birləşdir
Bu taxtaları da hazırladığım çərçivəyə bərkitdikdən sonra üzərinə və ən aşağıdakı hissəsinə faner əlavə etdim(Şəkil 4-5-6).

Addım 3: Rəngləmək
Hazırladığım rəfi evdə təmirdən sonra artıq qalan az miqdarda ağ və zoğalı rəngləri bir-birinə qatıb rənglədim (Şəkil 7-8-9).

0 Müzakirə