Köhnə çərçivələrdən Hazırlanmış Jurnal Masası
Dərc olundu: 25 iyn 2020
Köhnə çərçivələrdən hazırlanmış jurnal masası
Addım 1: Çərçivələri sökmək
İki ayrı ikitaylı pəncərənin və bir tayı və bir ədəd ikitaylı nəfəslik istifadə etdim. Üstündəki şüşələri, tutacaqları və s. bizə lazım olmayan hissələri sökdüm.

Addım 2: Ayaqları hazırlamaq
Nəfəsliyin üzərinə digər çərçivədən sökdüyüm taxtanı vurdum

Addım 3: Bütün tərəfləri birləşdirmək
Masanın alt tərəfinə qoymaq üçün çərçivələrdən birinin qısa künclərini kəsdim, sonra şüşənin yerləşəcəyi yeri yondum. Bundan sonra əvvəlcə aşağıdakı taxtaları nəfəsliyin çərçivəsinə bərkitdim. Bunda sonra isə digər bütöv çərçivəni masanın üstü olacaq şəkildə mismarladım.

Addım 4: Şüşələri əlavə etmək
Əvvəlcə sökdüyüm şüşələri yuyub təmizlədim və masanın müvafiq olaraq alt və üst mərtəbələrinə yerləşdirdim.

Addım 5: Boyama
Çərçivələrin üzərində olan böyük dəlikləri və yonuşmuş yerləri doldurub yaşıl rənglə boyadım.


0 Müzakirə