Close button

Yel Dəyirmanı Motorla Fırlanır

@emirli-nahide tərəfindən Elektron
1734
0
0
Seçilmiş
Dərc olundu: 27 iyn 2020
Əmirli Nahidə @emirli-nahide


Köhnələrdən köhnə dəyirman. Köhnə , lazımsız əşyalara ikinci can verin. İstifadə olunan hər şey köhnə və lazımsız əşyalardır. Və tullantı, atıq əşyalara can vermək hobbimdir. Bunu digər işlərimdə də sübut edə bilərəm. 

Addım 1: İlk dəyirmanın hissələri


Bankanı lazımsız ayaqqabı bağı ilə dolayıb rənglədim. Üstü üçün silindir formasında düzəltdiyim kağızın üzərinə üzüm ağacının qabığıarnı kəsib yapışdırdım. 

Addım 2: Qapısı


Qapı üçün diş çöpündən istifadə etdim. Və qırağını iplə örtdüm. Sonra rənglədim

Addım 3: Dəyirmanın pəri


Pər üçün köhnə setkadan 4 ədək kəsib birləşdirdim. Düz durması üçün lak vurdum ki bərk olsun. 

Addım 4: Yaşıllıq


Köhnə papağın ponpon hissəsin kəsiib ot halına gətirib dəyirmanın torpaq olan hissəsinə yapışdırdım. Və hər şey penoplasın üzərindədir. 

Addım 5: Ocaq


Yanmış kibrit çöplərini kömür, yanmış odun kimi kleyləyib yapışdırdım. Və qıraqlarına kiçik daşları yerləşdirdim. 

Addım 6: Çəpər və kisələr


Çubuqlardan çəpər, qurumuş nəm salfetlərdən isə kisə etdim. Buğda böyük olduğundan bulqurla əvəzlədim

Addım 7: Motor və baterka


Damın içərisinə oyuncaq maşın motoru yerləşdirdim. On Off düyməsi isə saç feninə aiddir. Baterka görsənməsin deyə onu lentlə üzləyib su çəni olaraq düzədəcəm. 

Addım 8: Sonuncu toxunuş

Lazımsız lentlərlə qıraqların əhatə etdim. 

Addım 9: Hazırdır


Yel dəyirmanı mənim ideyamdır. Və işlənən hər şey lazımsız əşyalardan ibarətdir. Link youtube və vimeo linki əlavə etdim sayt qəbul etmədi. Xahiş edirəm buradan baxını. Qalib olacağıma inanıram. https://youtu.be/xcfEJdJEvhE

0 Müzakirə

Təklif olunan layihələr