İstifadəyə Yararsız Plastinkadan Dekorativ Qab
Ömrünü tamamlamış və kənarda qalmış plastinkalara yeni həyat bəxş etməyin bir çox yolu var. Onlardan ən asanı plastinkadan dekorativ qab düzəltməkdir.Bunun üçün lazım olanlar;1 ədəd plastinka1 ədəd kasasoba
Addım 1: Plastinkanı sobaya salına biləcək bir kasanın üzərinə yerləşdiririk
Kasa çox alçaq olmamalıdır ki, plastinka əyilərkən rahat olsun.


Addım 2: Plastinkanı sobaya qoyuruq
180 dərəcədə isidilmiş sobaya yerləşdiririk. Gözünüzü sobadan ayırmayın. 2-3 dəqiqə sonra görəcəksiniz ki plastinka yumşayıb əyilməyə başlayır.

Addım 3: Plastinkanı sobadan çıxarırıq
Ehtiyyatlı şəkildə plastinkanı sobadan çıxardıqdan sonra əyər forması xoşunuzə gəlmirsə əlinizlə düzəldə bilərsiniz. Yalnız bunu edərkən soba əlcəyi taxmayı unutmayın, plastinka hələ də isti olur. Soyuduqdan sonra isə artıq formasını dəyişmək mümkün olmur.

Addım 4: Son addım
Son olaraq plastinkanızı zövqə görə akril boyalarla rəngləyə bilərsiniz. Rənglədikdən sonra akril lakı vurmayı unutmayın. Dekorativ qabımız hazırdır! :)


0 Müzakirə