Close button

İstifadəyə Yararsız Plastinkalardan Kiçik Dekorativ Masa

@eminvalida tərəfindən Digər
534
16
1
Seçilmiş
Dərc olundu: 18 iyn 2020
Valida Eminova @eminvalida

Bir çoxumuzun evində illər öncədən qalma və artıq istifadəyə yararsız olan plastinkalar(vinil, vall) tapmaq mümkündür. Onları dəyərləndirməyin bir çox yolu var. Mən isə onlardan üzərinə dibçək və s. qoya biləcəyiniz kiçik dekorativ masa düzəltməyi seçdim.

Bu layihə üçün bizə lazım olacaqlar çox sadədir;2 ədəd böyük ölçülü plastinka 3-4 ədəd kiçik ölçülü plastinkaKarton PVA yapışqanKöhnə jurnal və ya qəzetRulo alüminium folqa və ya bişirmə kağızlarının mərkəzində yerləşən kartonQayçıYapışqanı tətbiq etmək üçün fırçaİsti silikon tapançası

Addım 1: Böyük ölçüdəki plastinkanı kartonun üzərinə yerləşdirərək qələmlə ətrafını xətləyirik

Xətlədikdən sonra qayçıyla səliqəli şəkildə kəsirik. İstəyirsinizsə kartonun kənarlarını və mərkəz hissəsini qaraya boyaya bilərsiniz.

Addım 2: Kiçik ölçüdəki plastinkanı da kartonun üzərinə yerləşdirərək qələmlə ətrafını xətləyirik

Bundan isə 2 ədəd kəsib çıxardırıq.

Addım 3: Su və PVA yapışqan qarışımı məhlul hazırlayırıq

Miqdarını isə 4/1 götürürük(4 su, 1 yapışqan)

Addım 4: Jurnal və ya qəzetdən hissəciklər kəsib hazırladığımız məhlula bulayırıq

Kağız hissəcikləri jurnaldan kəsilibsə, qəzetə nisbətdə məhlulu özünə daha gec əmdiyinə görə bir müddət suda qalmasını məsləhət görürəm. Qəzet hissəciklərini isə məhlula batırdığınız anda yaş olacaqdır.

Addım 5: Yapışqanlı kağızları kiçik ölçülü kartona yapışdırırq

Yapışdırmağa kənardan başlayırıq, daha sonra mərkəzi hissəni doldururuq. Bu addım kartonun daha sağlam olmasına kömək edir. Hər iki kiçik kartonu da bu cür etdikdən sonra qurumağa qoyuruq. Quruduqdan sonra digər tərəflərini də eyni şəkildə edirik və yenə qurumasını gözləyirik.

Addım 6: Kiçik kartonları yapışdırırıq

Kiçik kartonlarımız tamamiylə quruduqdan sonra ikisini PVA yapışqan ilə bir-birinə yapışdırırıq. Daha sağlam olması üçün üstündən 1 qat əlavə PVA yapışqan tətbiq edə bilərik.

Addım 7: Dayaq hissəni hazırlayırıq

Dayaq hissəni hazırlamaq üçün 2 ədəd alüminium folqa və ya bişirmə kağızının mərkəzində yerləşən rulo kartondan istifadə edəcəyik. Mənim əlimdə olanların ölçüsü tam eyni deyildi. Buna görə də birini digərinin içinə salaraq PVA yapışqan ilə yapışdırdım. Eyni ölçülüdürsə, PVA yapışqan vasitəsəiylə birləşdirib daha sonra yapışqan band ilə bərkitmək olar.

Addım 8: Dayaq hissənin üstünü kağız hissəciklərlə örtürük

Kiçik kartonda etdiyimiz kimi, kağızları yapışqan məhlula batıraraq kartona yapışdırırıq. Quruduqdan sonra 1 qat da təmiz PVA yapışqan tətbiq edirik ki daha sağlam olsun.

Addım 9: Kiçik dayaq hissəni hazırlayırıq

Bunun üçün kartondan bir hissə kəsərək üstünü kağızlarla örtürük və 1 qat təmiz PVA sürtürük. Quruduqdan sonra istədiyiniz kimi rəngləyədə bilərsiniz. Şəxsən mənim bu görüntü xoşuma gəldiyi üçün belə saxlamaq qərarına gəldim.

Addım 10: Böyük karton və plastinkaları yapışdırırıq

Bu addım üçün isti stilikon tapançasından istifadə edirik. kartonu 2 ədəd plastinkanın ortasına yerləşdirərək yapışdırırıq.

Addım 11: Kiçik karton və plastinkaları yapışdırırıq

Hazırladığımız 2 qat kartonu 2 ədəd kiçik ölçülü plastinkanın ortasına yerləşdirərək yapışdırırıq. Əvvəlcədən kartonun kənarlarını qaraya boyayaraq daha estetik görünməsini təmin edirik.

Addım 12: Üst hissəni hazırlayırıq

Kiçik rulonu böyük plastinka-karton qatının mərkəzinə yerləşdirib isti silikon köməyi ilə yapışdırırıq. Daha sonra kiçik bir plastinkanı da ruloya yapışdırırıq. 

Addım 13: Alt hissəni hazırlayırıq

Uzun dayaq hissəni, kiçik plastinka-karton qatının mərkəzinə isti silikonla yapışdırırıq.

Addım 14: Üst və alt hissəni birləşdiririk

Böyük plastinka-karton qatı üstdə qalacaq şəkildə alt və üst hissəni yapışdırırıq. Və voilà! Dekorativ masamız hazırdır! Üzərinə dibçək, şam və s. qoyaraq evinzin ən sevimli qüşəsinə yerləşdirə bilərsiniz. :)

1 Müzakirə

4 ay əvvəl

Möhtəşəmsiz🖤

Təklif olunan layihələr