KÖHNƏDƏN - Köhnə şüşə Butulkanı Evə Gətirmək

Növbəti addımda Özün Yarat layihəsi üçün hazırladığımız bir məhsulu təqdim edəcəyik.
Addım 1: Məqsədimiz
Məqsədimiz KÖHNƏDƏN adı altında köhnəlmiş, tullanılmağa hesablanılmış əşyaları xüsusi toxunuşlarla interyerə gətirmək, təkrar istifadəsini mümkün etmək və layihənin davamediciliyini qorumaq üçün məhsulların satışlarını həyata keçirməkdən ibarətdir. Layihənin mükafatçılarından ola bilsək bu bizə işə komanda şəklində başlamağımıza imkan verəcək və digər xırda çatışmazlıqları sürətlə aradan qaldırmağımıza münbit zəmin yaradacaq. "Köhnədən" hələki xəyali bir brenddir.




Addım 2: Butulkanın ölçüsünə uyğun kağız qəlib hazırlamaq
Butulkanın ölçüsünə uyğun kağız qəlib hazırlayırıq və onu yapışqan lentlə yapışdırırıq.







Addım 3: Beton qarışığı hazırlamaq və qəlibə əlavə etmək
Beton qarışığ hazırlayırıq və qəlibə səliqəli şəkildə əlavə edirik. Beton qarışığın butulkanın ağzı ilə eyni səviyyədə olmasına diqqət edirik. Bərabər səviyyə hazırladığımız məhsulu daha da estetik edəcək.




Addım 4: Beton quruduqdan sonra kağız qəlibi açmaq
Beton quruduqdan sonra kağız qəlibi ehtiyyatla açırıq və kobud qalmış hissələri cila kağızı vasitəsilə cilalayırıq. Daha sonra məhsulumuzu yuyuruq və ləkələrdən təmizləyirik.






Addım 5: Məhsulumuz hazırdır
Şüşə butulkadan hazırladığımız beton teksturalı güldan artıq evinizin sakininə çevrilməyə hazırdır.





0 Müzakirə