
Addım 1: Gərəkli olan ləvazimatlar
Bizə lazım olan ləvazimatlar: istifadəyə yararsız parça hissələri və qırıntıları, rəngli saplar, iynə və qayçı.

Addım 2: Tuppuzların hazırlanma prosesi
Bərabər ölçülərdə parçalar kəsilir. Kənarları büzülərək içləri kənarlarından çıxan qırıntılarla doldurulur və ağızları sapla tikilir. Beləliklə toppuzlarımız hazırdır.



Addım 3: Quramanın hazırlanmasının yekun mərhələsi
Bu toppuzları astar üzərində tikməklə istənilən fiqurda rəngarəng quramalar yarada bilərsiz. Beləliklə bu quramaları hazırlamaqla həm qədim tikmə növünə yeni bir nəfəs vermiş olarsız, həm də bu quramalardan cehizlikdə, hədiyyə kimi, evinizin bəzədilməsində istifadə edə bilərsiz.



0 Müzakirə