
İstifadə olunmuş şüşə qab və bankaları, rəngli kəndir, süni və ya düzəldilmiş güllər, muncuqlar və lentlərlə bəzəyib, gözəl və lazımlı güldanlar düzəldə bilərsiniz.
Addım 1: İlk addım
Lazım olacaq ləvazimatlar : şüşə qab, rəngli kəndir, rəngli lent, skotç, fetrdən düzəldilmiş gül və silikon kley.

Addım 2: Şüşənin skotçlanması
Şüşə qabın üstünü hər tərəfdən skotçlayırıq. Silikon kley şüşənin üzərinə deyil, skotçun üzərinə vurulmalıdır, çünki zaman keçdikcə kley şüşədən qopa bilər.

Addım 3: Kəndirin şüşə qabın altına yapışdırılması
Süşə qabın altından, mərkəzdən başlayaraq, saat əqrəbi istiqamətində, rəngli kəndiri şüşəyə silikon kleylə yapışdırırıq.

Addım 4: Kəndirin şüşə qab boyunca yapışdırılması
Şüşə qab boyunca kəndiri silikon kleylə qabın başına qədər yapışdırırıq.





Addım 5: Rəngli lentin və fetrdən düzəldilmiş gülün yapışdırılması
Rəngli lenti və fetrdən düzəldilmiş gülü istədiyiniz formada kəndirin üzərinə silikon kleylə yapışdırırıq.



1 Müzakirə
Əgər digər hazır güldanlar varsa, xahiş edirəm [email protected] ünvanına göndərəsiniz